İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyir
Roma, 9 mart, AZƏRTAC
İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, İtaliya Futbol Federasiyası (FIGC) çempionatın oyunlarını 11 şəhərdə - Roma, Milan, Neapol, Turin, Verona, Genuya, Bolonya, Florensiya, Kalyari, Bari və Palermoda təşkil etməyi nəzərdə tutur. Bu şəhərlər təkcə idman aktuallığını artırmaq üçün deyil, həm də burada mövcud olan böyük mədəni irsi tanıtmaq məqsədilə seçilib. Seçilən 11 stadionun rəsmi siyahısı aprelin 12-dək UEFA-ya təqdim ediləcək.
FIGC-nin prezidenti Qabriele Qravina ciddi və etibarlı dosye üzərində işlədiklərini bildirib.
İtaliya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə Türkiyəni əsas rəqib hesab edir.
Xatırladaq ki, 1968-ci və 1980-ci illərdə Avropa çempionatları İtaliyada keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]