İtaliya Avropada 18-34 yaş arası insanların ən az olduğu ölkədir
Roma, 13 oktyabr, AZƏRTAC
İtaliya Avropa İttifaqında 18-34 yaş arası insanların faizinin ən az olduğu ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilir ki, cari ildə ölkədə 18-34 yaş arası insanların sayı təxminən 10 milyon 200 min nəfər olacaq. Bu göstərici, 2002-ci illə müqayisədə 23,2 faiz və ya 3 milyon nəfər azdır.
Mütəxəssislərin fikrincə, İtaliya hər il daha da “yaşlanır”. Ölkə əhalisinin sayı artmaqda davam edərkən, gənclər “demoqrafik qış” adlanan dövrün əsl qəhrəmanlarıdır. Çünki gənclərin sayı, eyni zamanda, nikah və nəsil artırmağa meyil ölkə boyu durmadan azalır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]