Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya azərbaycanlıların gözü ilə: Bolonya

Bakı, 5 dekabr, AZƏRTAC

Bolonya şəhəri İtaliyanın mərkəzi və şimal hissələrində yerləşən Emiliya-Romanya regionunun inzibati mərkəzidir. Bu ölkənin ən böyük əyalətlərindən birində Ferrara, Modena, Parma, Ravenna, Rimini kimi vilayət və şəhərlər də yerləşir. Emiliya-Romanya şəhərlərinin zəngin tarixi-mədəni irsi sayəsində bu əraziyə çoxlu sayda turistlər gəlirlər. Burada Adriatik dənizi sahilində istirahət etmək, yerli kulinariyanın Parmigiano Reggiano pendiri, ənənəvi balzamlı sirkə kimi ləziz yeməklərinin dadına baxmaq, Roma imperiyası dövrünə aid tarixi abidələrə baxmaq və ya “Ferrari”nin eyniadlı muzeyində super avtomobillərin ən yeni modellərini görmək mümkündür. Biz yuxarıda sadalananların bir çoxu ilə tanış ola bildik və aldığımız təəssüratları sizinlə bölüşməyə tələsirik!

Premium sinfindən qatarlar və Bolonya Universiteti

Emiliya-Romanya vilayətinin paytaxtı olan Bolonya zəngin tarixə, mədəniyyətə və ənənələrə malik izdihamlı şəhərdir. Bu şəhərin bir çox təxəllüsü var, onların bəziləri isə əyləncəlidir. Bolonya universitet köklərinə malik olduğu üçün “təhsil mərkəzi”, yerli mətbəxinə görə “şişman”, tikililərin damındakı kirəmitlərin rəngi sayəsində “qırmızı” şəhər də adlandırılır. İzdihamlı, səs-küylü və enerji ilə dolu şəhərin çılğın keçmişi var, amma, eyni zamanda, o, gələcəyə də inamla baxır.

Müasir Bolonya mərkəzdə yerləşməsi sayəsində İtaliyanın cənub və şimal hissələri arasında kommunikasiya qovşağı rolunu oynayır, həmçinin bu region ölkənin ən iri şəhərlərini dəmir yolu xətləri və avtomagistrallar vasitəsilə birləşdirir. Romadan Bolonyaya getmək üçün biz sürətli qatardan istifadə etdik. Qeyd edək ki, İtaliyada qatarlar həm regionların daxilində, həm də iri şəhərlər arasında hərəkət etmək üçün populyar və ən çox tələbatın olduğu nəqliyyat vasitəsidir. Təyyarələrdə olduğu kimi, yerli qatarlarda da xidmət sinifləri mövcuddur. Lakin aviareyslərdən fərqli olaraq, buradakı siniflərdə qiymətlər arasında fərq o qədər də çox deyil. Məsələn, Roma-Bolonya qatarında ekonom-sinfində biletin qiyməti 38 avrodursa, Premium sinfində gediş haqqı 43 avroya yaxın, biznes sinfində isə 48 avrodur. Son iki sinifdə vaqonlarda dəri oturacaqlar, internet və qatar hərəkət etdikdən sonra sərnişinlərə paylanılan buterbrodlu və çipsili qəlyanaltı var. Ekonom-sinfində səyahət edən sərnişinlər isə vaqon-restoranda və vendinq avtomatlarında özlərinə yemək ala bilərlər.

Romadan Bolonyaya yol təqribən 2 saat çəkir. Qatar şəhərin mərkəzindəki vağzala gəlir, ona görə də səyahətiniz ayaqüstü olarsa, dərhal görməli yerlərlə tanış ola bilərsiniz.

Bolonya kəlməsini eşidəndə ağıla gələn ilk məkan Bolonya Universiteti olur. Həqiqətən, burada Avropanın ən qədim və xristian (Qərb) aləminin birinci universiteti yaradılıb. Dünyanın ən qədim universiteti isə 859-cu ildə əsası qoyulmuş Mərakeşin Əl-Qarauyin ali təhsil ocağıdır. 1088-ci ildə Bolonya Hüquq Məktəbi və ya “azad incəsənətlər” məktəbinin təsis edilməsi Avropada ali təhsilin əsasını qoyub. Bu hadisə Bolonya Universitetinin tarixinin başlanğıc nöqtəsi hesab olunur. XVI əsrin ortalarına qədər məktəbin özünün daimi binası olmayıb, məşğələlər isə gah pedaqoqların evlərində, gah da bələdiyyə orqanları tərəfindən icarəyə götürülmüş zallarda keçirilirdi.

1561-ci ildə tələbələrin vahid kampusda birləşdirilməsi məqsədilə Palaçço del Arçiqinnazio (arxigimnaziya) tikilib. Hazırda məhz bu tikili Bolonya Universitetinin tarixi binası kimi turistlərə göstərilir. İndi burada bələdiyyə kitabxanası yerləşir. Bir neçə yüz ildən sonra - 1802-ci ildə Napoleon Bonapartın hakimiyyəti dövründə universitetin fakültələri indi də Bolonya Universitetinin əsas binalarından biri olan Palaçço Podciyə köçürülüb. XXI əsrdə bu universitet eyni vaxtda dünyanın müxtəlif ölkələrindən olan 100 minə yaxın tələbənin təhsil aldığı müasir təhsil ocağıdır. Universitetin regionda bir neçə filialı da fəaliyyət göstərir. Əvvəlcədən qeyd edək ki, qonşuluqdakı Ravennanı seyr edən zaman şəhərin mərkəzində Bolonya Universitetinin yerli filialında təhsil alan azərbaycanlı tələbələrlə rastlaşdıq.

Uzun tağlar və “əyilmiş qüllələr”

Bolonya ətrafında gəzərkən, şəhərin ərazisindəki tağların sayı sizi təəccübləndirir. Onlar mağazalar və restoranlar arasında sonu görünməyən keçidlər təşkil edirlər. Burada deyildiyi kimi, portiklərin və ya Bolonyadakı qalereyaların görünüşü Bolonya Universitetinin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Bolonyada ali təhsil imkanlarının açılmasından dərhal sonra şəhərə tələbə izdihamı axını başladı. Yerli sakinlər tələbələrə otaqlar kirayə verməyə başladılar və çox keçmədən, şəhərdə boş mənzil qalmadı. Bolonyada mənzilə tələbatın artması nəticəsində torpaq da bahalaşdı. Sonra tağları dayaq kimi istifadə edərək, mövcud evlərə əlavələr etməyə başladılar. Portiklər ictimai torpaqlardan və faydalı şəhər ərazilərindən istifadə etmədən binaların yuxarı hissəsini genişləndirmək üçün ideal həll yolu idi, eyni zamanda, vətəndaşlara kölgəli məkan və əlverişsiz havalardan qorunma məkanı təmin etdi. Əvvəlcə kortəbii olan bu qərar 1288-ci ildə məcburi oldu: qəbul edilmiş qanun mövcud evlərə tağların əlavə edilməsini tələb etdi və yeni binaların portiklərlə tikilməsini şərtləndirdi.

Hazırda Bolonyada portiklərin ümumi uzunluğu 62 kilometrdir, bunun 42 kilometri şəhərin tarixi mərkəzində yerləşir. 2021-ci ildə Bolonya tağları bədii və sosial-mədəni dəyərinə görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəhərin küçələrində gəzdiyiniz zaman siz kərpicdən, daşdan, ən qədimləri isə taxtadan (XIII əsrin İzolani Evi və Marsala küçəsindəki arkada) inşa edilmiş memarlıq şedevrlərinin əhatəsinə düşürsünüz. Bolonyanın ən məşhur və uzun portiki 3796 metr uzunluğunda olan və azı 666 tağdan ibarət San-Luka portikidir.

Bolonyanın özünün “əyilmiş qüllələri” olduğu faktı az adama məlumdur. Onların sayı ikidir - Asinelli və Qarisenda. Bu qüllələr şəhərin tam mərkəzində, Via Emiliya qədim Roma yolunun keçdiyi yerdə yerləşir. Orta əsrlərdə tikilmiş qüllələr istehkam funksiyasını yerinə yetirərək, düşmənin yaxınlaşması və mühafizəsi barədə vaxtında xəbər verirdi. Torpağın xüsusiyyətlərinə görə qüllələr tikinti prosesində əyilməyə başlayıb. Onlar 1109-1119-cu illər arasında ucaldılıb. Asinelli şəhərin heyrətamiz mənzərələrini təqdim edən və 97,2 metr hündürlüyü olan zirvəyə aparan 498 daxili pillələrə malikdir. “Garisenda Tower” isə o qədər də hündür deyil (47 metr).

Atlar üçün pilləkən və Bolonya delikatesləri

Şəhərin mərkəzində mərkəzi meydan - Pyaçça Macore yerləşir. Onun ərazisində XII-XIV əsrlərə aid tarixi binalar - Notariuslar sarayı, Palaçço d”Akkursio (Bələdiyyə sarayı), Palaçço del Podesta (Şəhər böyüyünün sarayı) və Palaçço dei Banki yerləşir.

Qüllələr mövzusunu davam etdirərək, “Palazzo del Podestà”nın tacı olan XIII əsrə aid unikal qülləni qeyd etmək lazımdır. Bu, İtaliyada bünövrəsi olmayan yeganə qüllədir! Yəni birbaşa binanın üzərində tikilib və öz bünövrəsi üzərində dayanmır. Bu sarayın başqa bir sirri var: onun aşağı hissəsi qeyri-adi akustika ilə örtülmüş qalereyadır. Belə ki, əgər tağlardan birinin küncündə dayanıb alçaq səslə nəsə desəniz, qarşı küncdə dayanan başqa bir şəxs sizin söylədiklərinizi eşidəcək. Bu xüsusiyyətinə görə qalereya xalq arasında “orta əsr telefonu” və ya “pıçıltı qalereyası” ləqəbini alıb.

Yaxınlıqdakı “Palazzo d'Accursio” əvvəllər şəhər hökumətinin tarixi iqamətgahı olub və 2001-ci ildən bəri şəhərin multimedia kitabxanasına ev sahibliyi edir. Əvvəlcə şəhər hakimiyyəti nümayəndələrinin at belində zəfərlə girişi üçün nəzərdə tutulmuş alçaq pillələri olan qeyri-adi pilləkənlərlə qalxaraq, kompleksin daxilindəki zallar silsiləsinə baş çəkə bilərsiniz.

“Piazza Maggiore”dən keçərkən, sənətkarlıq və ticarət ənənələrinin orta əsrlərə aid olduğu Bolonyanın izdihamlı bölgəsi olan Quadrilaterala (Dördbucaqlıya) daxil olursunuz. Burada hələ də öz tarixi memarlıq üslubunu və interyerini qoruyub saxlayan pərakəndə satış məntəqələrini, o cümlədən bir neçə köhnə əczaxanaları görə bilərsiniz.

Bolonyanın başqa bir qeyri-adi görməli məkanı Reno kanalı, daha doğrusu onun qalıqlarıdır. Ona baxmaq üçün insanların uzun bir növbəsi yaranır. Məsələ burasındadır ki, bu kanal da Bolonyadakı bəzi digər kanallar kimi uzun müddət divarlarla şəhər əhalisinin nəzərindən gizlədilib. Tarixin bir dövründə divarlarda axan suların göründüyü deşiklər açılıb. İndi bu, turistlər üçün bir cazibəli məkandır: növbəyə durun və divardakı açar dəliyinə bənzər deşikdən ona baxın. Siz orada evlərin boyunca axan dayaz bir kanalın nazik axarını görə bilərsiniz. Bəzi fəsillərdə su axını güclənir və evlər Venesiyadakı kimi qismən suyun içərisində qalır. Bir çox əsrlər əvvəl kanalın suları dəyirman və fabriklərin mexanizmlərinin hərəkətini təmin edib, həmçinin naviqasiya məqsədləri üçün də istifadə olunub.

Biz bu məlumatları və başqa bir çox özəllikləri rus dilində çox gözəl danışan italiyalı qadın bələdçimizdən - Tamara Soneqodan öyrəndik. Bir qayda olaraq, xaricdə rusdilli bələdçilərin funksiyalarını MDB ölkələrindən olan insanlar yerinə yetirirlər, lakin burada bir italyan və hətta rəsmi bələdçi lisenziyası olanla rastlaşdıq, bu, vacibdir, əks halda təsadüfi bələdçilər sizə yanlış məlumatlar verə bilərlər...! Bolonya tarixinə ekskursiya etdikdən sonra Tamara bizi yerli mətbəxdən istifadə etmək üçün ənənəvi qastronomlardan birinə apardı. Yəqin ki, hər kəs makaron üçün Bolonez sousu haqqında eşidib: bu, Bolonya mətbəxinin çoxsaylı nümunələrindən yalnız biridir. Yeri gəlmişkən, Bakıda italyan restoranlarında Bolonez sousu ilə makaron dadmaq daha yaxşıdır: İtaliyada bu sousa donuz əti əlavə edirlər. Bundan əlavə, Bolonyada ətsiz bir çox ənənəvi yeməklər var. Məsələn, tortelloni, ricotta pendiri və ispanaqla doldurulmuş pelmenəbənzər məhsullar. Yaxud tortellonini xatırladan balanzon, lakin o, yaşıl xəmirdən hazırlanır (ispanaq sayəsində). İnqrediyent kimi porcini göbələyi, qoz, balqabaq və sairə var. Onun tərkibində nə olduğunu əvvəlcədən soruşmaq daha yaxşıdır. Pastanı xatırladan Passatelli də maraqlı görünür: o, yumurta, çörək qırıntıları, parmezan pendiri və ədviyyatlar qarışdırılaraq hazırlanır, sonra suda qaynadılır. Bolonyanın tipik makaronu düz və əriştə kimi olan talyatelledir.

Şirniyyatlar arasında düyü tortunu (Torta di riso) qeyd etmək olar. Emiliya bölgəsinin tipik deserti düyü və süddən, həm də un və mayasız hazırlanır, habelə yumşaq konsistensiyalı və vanil ləzzətlidir. Həm də Tagliatelle tortunu (Torta di tagliatelle) - doğranmış badamla doldurulmuş xəmirdən hazırlanmış deserti qeyd etmək olar. Bu və digər ənənəvi yeməkləri bir çox yerli restoranlardan birində dadmaq mümkündür. Məsələn, “Atipico Osteria” restoranında yerli məhsullardan istifadə edərək ənənəvi üsullarla öz makaron və xəmir məmulatlarını istehsal edirlər.

Reportajımızın növbəti hissəsində Parmigiano Reggiano pendiri və ənənəvi balzam sirkəsi kimi Emiliya-Romanya bölgəsinin məşhur delikatesləri haqqında danışacağıq. Orijinal Parmigiano Reggiano istehsal edən bir neçə məkandan biri olan pendir fabrikindən eksklüziv hesabat sizi gözləyir. Bizi izləməyə davam edin!

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO