İtaliya mətbuatı Senatın nümayəndə heyətinin Azərbaycana səfərini geniş işıqlandırır
Roma, 8 may (AZƏRTAC). İtaliyanın bir sıra xəbər saytlarında bu ölkənin Senatının müdafiə komissiyasının sədri, Demokrat Partiyasının üzvü Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı yazılar yerləşdirilmişdir.
Yazılarda nümayəndə heyətinin Azərbaycanda bir sıra dövlət və hökumət rəsmiləri ilə keçirilən görüşlərində müzakirə olunan məsələlər barədə ətraflı məlumat verilir. Müəllif Nikola Latorrenin fikirlərinə istinadla vurğulayır ki, səfər ölkələrimiz arasında əlaqələri möhkəmləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Səfər, həmçinin sülh və sabitliyə nail olmaq üçün ümumi maraqlar kontekstində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək baxımından vacibdir.
Oxucuların diqqətinə çatdırılır ki, səfər sürətlə inkişaf edən ölkələrimiz arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamların müzakirəsi üçün də yaxşı imkan yaradır.
Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:
http://m.lecceprima.it/economia/gasdotto-ance-confidustria-allarme-concorrenza-croazia.html
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma