İtaliya millisinin yarımmüdafiəçisi Kanada klubu ilə müqavilə imzalayıb
Bakı, 16 iyul, AZƏRTAC
Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Federiko Bernardeskinin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı vinger MLS təmsilçisi “Toronto”ya keçib.
Bu barədə Kanada klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər dördillik müqaviləyə imza atıblar. İtaliyalı yarımmüdafiəçinin yeni komandasında işçi vizası əldə etdikdən sonra oynaya biləcəyi qeyd olunub.
Futbolçu 2017-ci ildən “Yuventus”da çıxış edib. O, bu komandanın heyətində keçirdiyi beş mövsüm ərzində 183 matça çıxıb, 12 qol vurub. Yarımmüdafiəçi “Fiorentina” və “Krotone”nin də şərəfini qoruyub. İtaliya yığmasında 39 oyun keçirmiş futbolçu, 6 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]