İtaliya Prezidenti seçilən Sercio Mattarellanın and içib
Roma, 3 fevral, AZƏRTAC
Növbəti dəfə İtaliya Prezidenti seçilən Sercio Mattarellanın fevralın 3-də andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bununla da 80 yaşlı Sercio Mattarella növbəti 7 illik müddətə İtaliya Prezidenti vəzifələrinin icrasına başlayıb.
Xatırladaq ki, Sercio Mattarella ilk dəfə 2015-ci il yanvarın 31-də keçirilən səsvermədə 665 səs toplayaraq İtaliyanın 12-ci Prezidenti seçilib, fevralın 3-dən səlahiyyətlərinin icrasına başlayıb.
Cari il yanvarın 29-da Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi”ndə 983 seçicinin iştirak etdiyi səsvermənin səkkizinci turunda isə Sercio Mattarella 759 səs toplayaraq İtaliyanın 13-cü prezidenti seçilib. O, 1946-cı ildə respublika idarəetmə sisteminə keçən İtaliyada növbəti dəfə prezident seçilən ikinci şəxs olub. Sercio Mattarella, həmçinin ölkə tarixində prezident seçkilərində ən çox səs toplayan ikinci namizəd olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [19:08]
BMT: Əfqanıstanda 13 milyondan çox insan ərzaq çatışmazlığı ilə üzləşib
- 12.05.2026 [18:53]
Küveyt dəniz yolu ilə ərazisinə daxil olan dörd İran vətəndaşını saxlayıb
- 12.05.2026 [18:52]
Britaniyalı nazir Starmerin rəhbərliyinə etiraz olaraq istefa verib
- 12.05.2026 [17:40]
Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb
- 12.05.2026 [17:27]
Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb
- 12.05.2026 [17:24]
Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir
- 12.05.2026 [17:06]
ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
- 12.05.2026 [16:46]