İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ROMANO PRODİYƏ
Hörmətli cənab Sədr,
Milli bayramınız - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-İtaliya əlaqələrinin genişlənməsinə, qarşılıqlı maraq doğuran sahələrdə birgə işimizə böyük əhəmiyyət veririk. Əmin olduğumu bildirmək istərdim ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək, Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2007-ci il.