İtaliyada kiçik təyyarə qəzaya uğrayıb, pilot və sərnişin həlak olub
Roma, 3 mart, AZƏRTAC
İtaliyanın Viterbo şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Romadakı Fiano Romano bölgəsindən havaya qalxan təyyarə Veyanodakı aerodromdan təxminən bir kilometr aralıda yerə çırpılaraq alovlanıb. Qəza nəticəsində pilot və sərnişin həlak olub.
İlkin ehtimala görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]