İtaliyada ölkədaxili səfərlər üçün “yaşıl sertifikat” sistemi tətbiq olunacaq
Roma, 22 aprel, AZƏRTAC
İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tezliklə ölkədaxili səfərləri nizama salmaq məqsədilə “yaşıl sertifikat” sistemi tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sertifikat sahibləri “narıncı” və “qırmızı” zonalara sərbəst hərəkət edə biləcəklər. Bu sertifikatlar koronavirusa qarşı peyvənd olunmuş, COVID-19 xəstəliyindən sağalmış və ya müvafiq test arayışına malik şəxslərə veriləcək. Peyvənd olunmuş şəxslər üçün sertifikatın etibarlılıq müddəti maksimum altı ay olacaq, eyni zamanda, xəstəlikdən sağalanlar üçün də bu müddət nəzərdə tutulur. Koronavirusa qarşı test verən şəxslərdə isə sertifikatın etibarlılıq müddəti 48 saat olacaq.
Hələlik səhiyyə qurumlarının “yaşıl sertifikat” sistemini nə vaxt işə salacaqları məlum deyil. Eləcə də sertifikatın yalnız elektron və ya kağız formadan ibarət olacağına da aydınlıq gətirilməyib. Məlum olan odur ki, İtaliyada digər Avropa İttifaqı ölkələrinin müvafiq “yaşıl pasport” sistemləri tanınacaq və bu da turizmin canlanmasına töhfə vervməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]