İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib
Roma, 16 fevral, AZƏRTAC
İtaliyalı tennisçi Yannik Sinner üç aylıq müddətə beynəlxalq turnirlərdən diskvalifikasiya olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Anti-Dopinq Agentliyi (WADA) məlumat yayıb.
Bildirilir ki, Sinnerin yarışlardan diskvalifikasiya müddəti fevralın 9-dan mayın 4-dək olan dövrü əhatə edəcək. O, aprelin 13-dən etibarən rəsmi olaraq məşqlərə başlaya biləcək.
Hazırda dünya sıralamasında ilk pillədə qərarlaşan Yannik Sinnerin dörd “Masters 1000” turnirində (İndian Uells, Mayami, Monte Karlo və Madrid) iştirak edə bilməyəcək. Lakin o, Rolan Qarrosdan əvvəl mayın 7-dən 18-dək Romada keçiriləcək beynəlxalq turnirdə tennis kortuna çıxacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]