Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın nüfuzlu mətbuat orqanları Azərbaycanın gözəllikləri və turizm potensialından yazırlar

İtaliyanın nüfuzlu mətbuat orqanları Azərbaycanın gözəllikləri və turizm potensialından yazırlar

Roma, 23 iyun, AZƏRTAC

“Avro-2020” futbol üzrə Avropa çempionatı çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, mətbəxi, zəngin şərabçılıq ənənələri barədə İtaliyanın “La Repubblica”, “ANSA”, “GQ Italia”, “Stretto Web”, “Periodico Daily” və “Viaggi Europa” kimi çoxsaylı nüfuzlu mətbuat orqanlarında məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, “La Repubblica” qəzetində dərc olunmuş yazılarda ölkəmizin ev sahibliyi etdiyi oyunlar fonunda turistlər üçün maraqlı olan mövzulara toxunularaq Avropa və Asiyanın qovuşduğu, idmana yaxından bağlı, daima müasirləşən əsrarəngiz Bakı şəhərinin gözəlliklərindən bəhs edilib. Qəzetdə xüsusi olaraq ölkəmizin şərabçılıq ənənələri və bu sektorunun inkişafı, bu sahədə turistlərin görməli olduqları məkanlar barədə məqalə işıq üzü görüb. Bununla yanaşı, qəzetin digər bir məqaləsi ölkəmizin maddi mədəniyyətinin ayrılmaz hissəsi olan ləziz Azərbaycan mətbəxinə həsr olunub və bir sıra mətbəx nümunələrimizdən (qutab, kabab, plov və sair) söz açılıb.

“CQ İtalia” tərəfindən dərc olunmuş məqalədə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarını izləmək üçün Azərbaycana getməkdə maraqlı olan turistlərə Bakıda görməli olduqları məkanlar barədə bələdçilik edilib. Qeyd olunub ki, qədim ənənələrin müasirlik və dəbdəbə ilə sintezi olan gözəl Bakıda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər dövlət tarix-memarlıq qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Alov Qüllələri, Miniatür kitablar muzeyi kimi bir sıra gəzməli-görməli yerlər vardır.

“Stretto Web” informasiya portalı tərəfindən yazılmış məqalələrdə isə Bakının iqtisadi və texnoloji artımın sürətləndiyi, tezliklə əhəmiyyətli dərəcədə beynəlxalq aləmdə ön plana çıxacaq iddialı arxitektura layihələrini təqdim edən və Avropa izi olan bir kosmopolit şəhər olduğu bildirilib. Məqalədə oxuculara paytaxt Bakının qədim və müasir arxitekturası, əyləncə mərkəzləri barədə geniş məlumat verilib. Bununla yanaşı, məqalələrdə çempionata ev sahibliyi edən stadionlar arasında Azərbaycanın, eyni zamanda, bütün qitənin ən müasir idman kompleksi olan, müasirliyin, avanqardın və mədəniyyətin təbliğinin simvolu sayılan Bakı Olimpiya Stadionunun xarakterik xüsusiyyətlərindən bəhs edilib.

“Periodico Daily” və “Viaggi Europa” xəbər portallarında da Şərqlə Qərbin kəsişməsi adlandırılan bənzərsiz Bakının möhtəşəm meydan və binaların, uca göydələnlərin, dəbdəbəli, o cümlədən məşhur “Made in Italy” brendlərinin satıldığı müasir butiklərin, çoxsaylı əyləncə məkanlarının mərkəzi olduğu diqqətə çatdırılıb. Habelə məqalələrdə müasir əzəmət və ənənənin cəlbedici birləşməsi kimi qiymətləndirilən Bakının gəzməli-görməli yerləri barədə də məlumat verilib.

İtaliyanın nüfuzlu “ANSA” agentliyi isə “Avro-2020” çərçivəsində paytaxt Bakının bir sıra oyunlara ev sahibliyi etməsi fonunda Heydər Əliyev Mərkəzinin fotosunu bölüşüb.

Eləcə də, İtaliya Futbol Federasiyası “FIGC”in rəsmi səhifəsində yayılmış məqalədə isə Roma və Bakının Avropa Çempionatına ev sahibliyi etmək üçün seçilən şəhərlər arasında olduğu, onların fərqli olduqları qədər yaxın, unikal və xüsusi olduqları diqqətə çatdırılıb. Yazıda Bakının bu günə kimi çoxsaylı idman tədbirlərinə ev sahibliyi etdiyi, Şirvanşahlar sarayı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi kimi qədim, Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi möhtəşəm arxitektura nümunələrinə sahib olduğu bildirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” Niderlandda "Tvente"ni minimal hesabla məğlub edib YENİLƏNİB -2

Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib

Xorvatiya məhkəməsindən “Şimal axını” işi üzrə qərar

ABŞ “Hizbullah”a maliyyə dəstəyi verən 10 şəxsə sanksiya tətbiq edib

Rusiya ordusu Çernomorsk limanında iki yük gəmisini vurub

Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıdıb

Fransada anomal istilər elektrik enerjisini kəskin bahalaşdırıb

İran XİN: ABŞ-nin yeni sanksiyaları “iqtisadi terrorizm və insanlığa qarşı cinayətdir”

Frankfurt-Çikaqo aviareysini yerinə yetirən “Lufthansa” təyyarəsi Şotlandiyaya məcburi eniş edib

Salyanda ağır yol qəzası olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

"Tvente" və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Fransada saxta xəbərlərlə investorları aldadan fırıldaqçılarla bağlı xəbərdarlıq edilib

Avropa Komissiyası Ukraynaya silah tədarükü üzrə müzakirələri davam etdirir

Bu saata olan əsas xəbərlər

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Kürdəxanıda tikinti materialları olan ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Azərbaycan hava nəqliyyatının coğrafiyasını genişləndirir, uçuş intensivliyini artırır

Musiqi seçimi imkanları genişləndikcə insanın zövqü dəyişə bilərmi? - sosioloq

Səkkizguşəli məqbərənin sirri: Şahi-Zində kompleksi ilə Azərbaycanı nə bağlayır? VİDEO

Azərbaycana turist gətirən çarter aviareyslər subsidiyalaşdırılacaq

Maestro Niyazinin anadan olmasının 114-cü ildönümü qeyd edilib

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Sürücülərlə yanaşı, piyadaların da qaydaları pozması ağır nəticələrə səbəb olur VİDEO

Azərbaycan voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyi veriləcək

Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair beynəlxalq elmi simpozium təşkil ediləcək

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO

Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi təşkil olunub

Azərbaycanda duz istehsalı 25 faizdən çox artıb

Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək

Turizm sektorunda kadr hazırlığı əmək bazarının tələblərinə uyğun qurulacaq

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyib

İctimai iaşə obyektlərində yay mövsümündə qida təhlükəsizliyi necə təmin olunur?

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO

Qırğızıstanda “Juventus Academy” futbol mərkəzinin yaradılması planlaşdırılır

Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

“AzərEnerji” ASC ilə Azərbaycan Mühəndislik Akademiyası arasında müqavilə imzalanıb

Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin təchizatı dayandırılacaq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Cəlilova ilə MÜSAHİBƏ VİDEO

Bakıda, Şuşada və Xankəndidə əmək münasibətləri ilə bağlı posterlər nümayiş olunur

Turizm ixtisası üzrə kadr hazırlayan təhsil müəssisələrinin infrastrukturu təkmilləşdiriləcək

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Üç mədrəsə – bir tarix: Azərbaycan jurnalistləri Registan meydanını ziyarət ediblər VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Mirələm Mirələmov: Xan Şuşinskinin adı Azərbaycan muğam sənəti yaşadıqca yaşayacaq VİDEO

Turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya veriləcək

Heyvanların identifikasiyası nə üçün vacibdir?

VI Dünya Köçəri Oyunlarında 3 minə yaxın idmançının iştirakı gözlənilir

Turizm ixtisasları üzrə təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılacaq

“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir – MÜSAHİBƏ

Oğuzda “Kitab karvanı” layihəsi başa çatıb

Yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyi veriləcək

Turizm üzrə peşə təhsilində yeni model tətbiq ediləcək

Nəzrin Rəşidova: Arzum Azərbaycanın klassik musiqi irsini dünya auditoriyasına çatdırmaqdır

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə yaxından tanış olublar VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO

Uyğunluğun qiymətləndirilməsi sahəsində yeni dövlət standartları qəbul edilib

Turizm təhsilində ikili diplom və ikili peşə təhsili imkanları genişləndiriləcək

TDT Avrasiya geosiyasətində getdikcə daha nəzərəçarpan aktora çevrilir - ŞƏRH

Naxçıvan Orta Dəhlizin mühüm nəqliyyat qovşağına çevriləcək - ŞƏRH

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO

“Azerbaijan.travel” platforması təkmilləşdiriləcək

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

TRIPP layihəsi və Naxçıvanın strateji gələcəyi – ŞƏRH

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Əməkdar artist Anar Şuşalı Xan Şuşinskinin sənət irsindən danışıb VİDEO

Naxçıvanda meyvə şirəsi istehsalı 82 faizə yaxın artıb

Azərbaycanda sahibkarların İslam maliyyəsinə marağı yüksəkdir - Ekspert rəyi

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Meyvə ağaclarına avqust-sentyabr aylarında necə qulluq edilməlidir? VİDEO

Azərbaycandan Tunisə xam neft ixracı kəskin artıb

Hulusi Kılıç: Prezident İlham Əliyev Türk dünyasının inteqrasiyası prosesinin ön sıralarındadır

Nazim Cəfərsoy: TRIPP-in reallaşması Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq

Naxçıvanda kartof istehsalı 2,3 dəfə, tərəvəz istehsalı 2,7 faiz artıb

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Dünya enerji bazarında növbəti qiymət artımı dalğası başlayıb

Milli musiqimiz Pekində təbliğ olunacaq

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də

Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama

Sülh və stabillik Orta Dəhlizin imkanlarını daha da genişləndirir - ŞƏRH

® “Unibank”ın 7 faizədək endirimli kredit kampaniyası davam edir

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin  130 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMU tələbəsi və mentorunun layihəsi beynəlxalq innovasiya festivalında gümüş medala layiq görülüb

V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb

Bəyimxanım Cavanşirova-Verdiyeva: Xan Şuşinski irsini yaşadır, milli musiqimizi dünyada təbliğ edirik

Fermerin 145 manatlıq sığortası 6156 manatlıq zərərini qarşıladı

Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb

® “Azercell” “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bu il Almaniyada yüksək temperaturla əlaqəli ölüm hallarının sayı 14 mini ötüb