İtaliyanın sabiq baş naziri Silvio Berluskoni iki partiyaya xəbərdarlıq edib
Roma, 23 avqust, AZƏRTAC
Avqustun 23-də sağ mərkəzçi “Forza İtaliya” (“İrəli, İtaliya”) partiyasının sədri Silvio Berluskoni Prezident Sercio Mattarellanın iştirakı ilə keçirilən hökumət müşavirəsindən sonra Demokratik Partiyasına (DP) və “Beş Ulduz Hərəkatı” (M5S) partiyasına xəbərdarlıq edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, S.Berluskoni “uyğun olmayan” şəxslərdən təşkil edilən yalançı partiyaların əleyhinə olduğunu söyləyib.
Sabiq baş nazir hökuməti təşkil edən “Liqa” və “M5S” koalisiya partiyalarının “macəraları”ndan sonra sabit və etibarlı hökumətə ehtiyac duyulduğunu söyləyib.
S.Berluskoni parlamentdə sağ-mərkəzçi çoxluğunun yaradılmasının vacibliyini diqqətə çatdırıb, bunun mümkün olmadığı təqdirdə isə vaxtından əvvəl seçkilərin keçirilməsini labüd hesab edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]