İyulun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru havanın tutqun olacağı, yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 21-26°, gündüz 30-35° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 32-34° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 758 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-260 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy,
Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 19-24° , gündüz 29-34° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu
Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 26-31° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 32-37 ° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 29-34° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaqdır.
Tibbi meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, bəzi saatlarda durğun hava səraiti ilə yanaşı nisbi rütubətin normadan bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlıq
İyulun 15-də axşamdan18-i gündüzədək respublikanın rayonlarında hava şəraitinin qeyri sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir.