İyulun 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin iyulun 15-dən 16-na keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 21-26°, gündüz 33-37° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 34-36° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 755 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 20-25° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 17-22°, gündüz 27-31° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-28° isti olacaqdır.