İyulun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, iyulun 16-dan 17-nə kecən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış ehtimalı vardır.
Temperatur gecə 22-27°, gündüz 33-37° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 21-26°, gündüz 34-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 13-18°, gündüz 22-27° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 20-24° , gündüz 32-36° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 30-34° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 33-38 ° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaqdır.