İyulun 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 23-26°, gündüz 34-38° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 34-39° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən yağmursuz
Temperatur gecə 20-25° , gündüz 34-38° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 34-39 ° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 22-26°, gündüz 33-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaqdır.