İyulun 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın az buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 21-26°, gündüz 33-37° isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 35-39° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 15-20°, gündüz 27-32° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 34-38° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 35-40° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 33-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaqdır.
Tibbi meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir.