İyulun 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-22°, gündüz 25-29° isti olacaqdır.
Bakıda gecə 19-21°, gündüz 26-28° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi norma daxilində 750 millimetr civə sütunundan 755 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-50 olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-230 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı gözlənilir.
Temperatur gecə 16-21° isti, gündüz 31-36° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaqdır. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 11-16°, gündüz 19-24° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-22° isti, gündüz 28-33° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaqdır. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 1-də gündüz küləyin daha güclü olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.