İyulun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti təşkil edəcəkdir.
Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 55-60, gündüz 35-40 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38 dərəcə isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
gündüz əsasən yağmursuz olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti təşkil edəcək, dağlarda gecə 14-19°
isti, gündüz 28-33° isti olacaqdır.