İyulun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 23-26°, gündüz 35-40° isti olacaqdır.
Bakıda gecə 23-25°, gündüz 36-38° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 50-60 faiz, gündüz 30-40 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-290 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23°, gündüz 35-40° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 14-19°, gündüz 29-34° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 19-24°, gündüz 32-37° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 34-38° isti, dağlarda gecə 17-22° isti, gündüz 30-35° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında həftənin sonunadək davam edəcək kəskin istilər, xüsusilə günorta saatlarında əhali üçün əlverişsizdir.
Xəbərdarlıq
Həftənin sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40°, aran rayonlarında və Naxçıvan MR-də 42°-dək yüksələcəyi gözlənilir.