İyulun 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli olacaqdır.
Temperatur gecə 24-26°, gündüz 35-39° isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaqdır.
Bakıda gecə 24-26°, gündüz 37-39° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 759 millimetr civə sütununa bərabər, nisbi
rütubət səhər və axşam 55-60 faiz, gündüz 30-35 faiz
olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti
təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 16-21°, gündüz 33-38° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu
düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 15-19°, gündüz 27-32° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu
düşəcəyi gözlənilir.
Temperatur gecə 20-24°, gündüz 31-36° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış
yağacağı, dolu düşəcəyi gözlənilir.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 35-40° isti təşkil edəcək,
bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 22-25°, gündüz 33-38° isti, dağlarda gecə
17-22° isti, gündüz 28-33° isti olacaqdır.