İyulun 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli olacaqdır.
Temperatur gecə 24-27°, gündüz 37-40°, yarımadanın bəzi yerlərində 42 dərəcə isti təşkil edəcəkdir.
Bakıda gecə 24-26°, gündüz 39-41° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 45-55, gündüz 25-30 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava günəşli olacaqdır.
Temperatur gecə 22-27°, gündüz 38-41°, bəzi yerlərdə 43° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 22-25°, gündüz 36-41° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən, Nabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 34-39° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 43° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 22-26°, gündüz 37-40°, dağlarda gecə 18-23°, gündüz 33-37° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Tropik hava kütlələrinin davamlı olaraq ölkə ərazisinə daxil olması nəticəsində yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti gözlənilir ki, bu da zəif küləklərin üstünlüyü fonunda xüsusilə günorta saatlarında əksər əhali üçün əlverişsizdir. Günün qızmar vaxtı əhalinin daha həssas qrupu olan uşaqlar, yaşlılar və xəstə insanlara açıq havada olmaq məsləhət görülmür.