İyulun 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli olacaqdır.
Temperatur gecə 24-27°, gündüz 36-40° isti təşkil edəcəkdir.
Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət səhər və axşam 50-60, gündüz 25-30 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava günəşli olacaqdır.
Temperatur gecə 20-25°, gündüz 38-40°, bəzi yerlərdə 42° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava günəşli olacaqdır.
Temperatur gecə 21-26°, gündüz 35-39° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-
Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 33-38° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava günəşli olacaqdır.
Temperatur gecə 22-27°, gündüz 38-40°, bəzi yerlərdə 42° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava günəşli olacaqdır.
Temperatur gecə 22-26°, gündüz 35-39°, dağlarda gecə 15-20°, gündüz 30-35° isti təşkil edəcəkdir.
Xəbərdarlıq
Avqust ayının 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40°, yarımadanın bəzi yerlərində 42°, aran rayonlarında və Naxçıvan MR-də 38-42°, bəzi yerlərdə 44°, dağlıq rayonlarda 35-38°-dək yüksələcəyi gözlənilir.