İyulun 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 24-29°, gündüz 36-40° isti olacaqdır.
Bakıda gecə 26-28°, gündüz 38-40° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan aşağı 752 millimetr civə sütununa bərabər, nisbi rütubət səhər və axşam 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 38-40° isti, bəzi yerlərdə 42° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 36-40° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 21-26°, gündüz 38-40° isti, bəzi yerlərdə 42° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava günəşli keçəcəkdir.
Temperatur gecə 20-24°, gündüz 35-40° isti, dağlarda gecə 17-22° isti, gündüz 30-35° isti olacaqdır.
Kəskin isti hava şəraiti haqqında xəbərdarlıq
Avqustun 3-dək ölkə ərazisində kəskin isti hava şəraiti davam edəcəkdir. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 38-40°, yarımadanın bəzi yerlərində 42°, aran rayonlarında və Naxçıvan MR-da 38-42°, bəzi yerlərdə 44°, dağlıq rayonlarda 35-38°-dək olacağı gözlənilir.