İyulun 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-24° , gündüz 29-34° isti olacaqdır.
Bakıda gecə 22-24°, gündüz 30-32° isti təşkil edəcəkdir. Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütununa bərabər, nisbi rütubət gecə 60-65 faiz, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-230 isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25° , gündüz 34-39° isti olaacqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-24° , gündüz 31-36° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 18-23° , gündüz 30-35° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-25°, gündüz 34-39 isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 20-24° , gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən xəzri küləyi meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 5-də günün ikinci yarısından 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.