İyunun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti təşkil edəcəkdir.
Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı, 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-34° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokalleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaqdır.