İyunun 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 19-24° isti olacaqdır.