İyunun 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaqdır.
Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər və gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
iyunun 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, səhər və gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
iyunun 24-dən 25-nə keçən gecə bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
gecə və səhər yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti təşkil edəcək, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaqdır.