İyunun 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava az buludlu, yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-34° isti təşkil edəcəkdir.
Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacaqdır.
Atmosfer təzyiqi 752 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcəkdir.
Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-33° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti təşkil edəcək, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-32° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaqdır.