İzmirdə aramsız yağan leysan yağışları bir sıra fəsadlar törədib
İstanbul, 14 dekabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində artıq dörd gündür aramsız yağan leysan yağışları bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, şəhərin Menderes rayonunda dərəni keçməyə çalışan avtomobili güclü yağışlar səbəbindən artan su axını aparıb. Hadisə nəticəsində maşında olan beş nəfərdən üçü xilas edilib. Digər iki nəfərin axtarışları davam edir. Avtomobil hadisə baş verən yerdən 800 metr uzaqlıqda tapılıb.
İzmirin Karşıyaka rayonunda dəniz səviyyəsinin yüksəlməsi nəticəsində daşqın meydana gəlib. Hadisə zamanı bölgədə olan avtomobillər və bəzi evlərin həyətyanı sahələri sular altında qalıb.
Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]