Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jerusalem Post”: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib

Bakı, 20 fevral, AZƏRTAC

İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində həmin nəşrin diplomatiya müxbiri Herb Keynonun bu yaxınlarda Azərbaycana səfəri haqqında məqaləsi dərc olunub.

İsrailli jurnalistin yazdığına görə, ilk baxışda adama elə gəlir ki, yəhudi dövləti və dünyəvi müsəlman dövləti arasında dostluq və əməkdaşlıq bağları hamı üçün model ola bilər, lakin bu ölkələrin müdafiə sahəsində həm qarşılıqlı strateji, həm də faydalı ticarət münasibətləri var.

H.Keynon qeyd edir ki, yanvarın 27-də Bakı Slavyan Universitetinin ağzınacan dolu iclas salonunda Beynəlxalq Holokost Gününə həsr olunmuş konfrans keçirilib.

Məqalə müəllifi yazır ki, həmin konfransda bəzi təşkilatçılar yəhudilərin soyqırımı ilə ötən əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın arasında paralellər aparmağa çalışıblar. Buna salonun girəcəyində üzərində “Holokost və Xocalı” sözləri yazılmış və Ermənistan ilə müharibə zamanı yüzlərlə azərbaycanlının kütləvi qırğına məruz qalması faktını əks etdirən plakat dəlalət edib.

Məqalə müəllifi yazır: “Altı milyon yəhudinin xatirəsinə həsr olunmuş Beynəlxalq Holokost Günü məhz burada - şiələrin çoxluq təşkil etdiyi müsəlman ölkəsi Azərbaycanda qeyd edilib. Digər tərəfdən Azərbaycanın cənub qonşusu İrana baxmağa dəyər: bu ölkənin hökuməti Holokost faktını inkar edir və karikatura müsabiqəsinə sponsorluq etməklə, Holokost faktını lağa qoyur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın qərb qonşusu və onun ən yaxın müttəfiqi olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili fələstinlilərin soyqırımında ittiham edir və İsrailin fəaliyyətini nasistlərin əməlləri ilə müqayisə edir”.

“Jerusalem Post” qəzetinin müxbiri bildirir ki, qonşu ölkələrin və onların liderlərinin birmənalı olmamasına baxmayaraq, bu ölkənin kiçik, lakin qədim yəhudi icmasının nümayəndələri, o cümlədən Azərbaycan parlamentinin yəhudi üzvü universitet tələbələri və bu dünyəvi müsəlman ölkəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dolu iclas salonunda Holokostu müzakirə ediblər. Qeyd etmək lazımdır ki, bütün bunlar Azərbaycan dövlətinin himayəsi və dəstəyi ilə baş verir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev fikirlərini belə izah edib: “Bizim ən böyük nailiyyətlərimizdən biri müstəqillikdir. Biz heç kəsdən asılı deyilik”. Əlbəttə, nə Rusiyadan, nə ABŞ-dan, nə İrandan, nə də Türkiyədən. Bu isə Beynəlxalq Holokost Gününün ümumiyyətlə, nə üçün Azərbaycanda qeyd olunduğunu izah edir.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan elitasının yüksək vəzifəli nümayəndələri ölkədə multikulturalizm faktını daim böyük fəxr və nikbinliklə vurğulayırlar. Akko şəhərinin meri Şimon Lankri yanvarın sonunda Bakıda Azərbaycan elitasının yüksək eşelonunun nümayəndələri ilə görüşdə Azərbaycan haqqında ən gözəl təəssüratlarını yekunlaşdıraraq deyib: “Biz bura müəyyən şübhə ilə gəldik, çünki bura müsəlman ölkəsidir və İsrail bizi sevməyən islam dövlətlərinin əhatəsindədir. İsraildə insanların çoxunun Azərbaycan haqqında məlumatı azdır. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinliyi, habelə şəhərin və ölkənin böyük inkişafı bizi təəccübləndirdi”.

Məqalə müəllifi yazır ki, Şimon Lankri Azərbaycan hökumətinin dəvət etdiyi kiçik nümayəndə heyətinə başçılıq edib. Dəvət israilliləri Azərbaycan ilə tanış etmək və İsrail Dövləti ilə münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyıb. H. Keynon yazır: “Şimon Lankri 60 min əhalisi olan şəhərə başçılıq edir. Əhalinin 9 min nəfəri əslən Azərbaycandandır. Mer şəhərdə Qafqaz yəhudiləri icması üçün mərkəz inşa edir. Bu mərkəz Azərbaycanda doğulan və hazırda İsraildə yaşayan 70 min yəhudi üçün Azərbaycan Evi kimi fəaliyyət göstərəcək. İki dövlət arasında qarşılıqlı münasibətləri və əlaqələri möhkəmləndirən və genişləndirən əsas katalizatorlardan biri də məhz bu yəhudilər, daha doğrusu, yəhudi icması olub”.

Siyasi icmalçı Quba rayonuna səfərini və 4 min yəhudinin yığcam yaşadığı Qırmızı Qəsəbəyə getməsini təsvir edərək yazır: “Yəhudilərin yaşadığı Qırmızı Qəsəbənin Quba Rayon İcra Hakimiyyətindəki nümayəndəsi David Peysaxov tərcüməçi vasitəsilə Azərbaycanın yəhudilərə istər indiki münasibətini, istərsə də tarixi nöqteyi-nəzərdən münasibətini böyük şövqlə tərifləyir.

D.Peysaxovun sözlərinə görə, hazırda Avropada antisemitizmin baş alıb getməsinə baxmayaraq, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt da olmayıb. Hətta sovet dövründə də Azərbaycan yəhudiləri Sovet İttifaqının digər respublikalarındakı soydaşlarının üzləşdikləri zülmə və təqiblərə məruz qalmayıblar.

Məqalə müəllifinin fikrincə, Qubada, eləcə də Bakıda yəhudilərin həyatının çətinliyi barədə mühakimə yürüdəndə görürsən ki, yəhudilər bu ölkəni heç də Azərbaycanda yəhudi həyatı yaşaya bilmədikləri üçün tərk etməyiblər. H.Keynon yazır: “Əksinə, hökumət və müxtəlif yəhudi təşkilatları sinaqoqları bərpa etmək, mikvalar (pak olmaq üçün su çəni) tikmək, mal-qaranın dini adətlərə uyğun kəsilməsi işini yoluna qoymaq, qidanın yəhudi dininə uyğun halallığı məsələsini həll etmək üçün çox işlər görüb, xeyli vəsait yatırıb və yatırmağa davam edirlər. Bu da bir daha inandırır ki, yəhudilərin İsrail Dövlətində yaşadıqları şəkildə Azərbaycanda da yaşamaq imkanları var”.

Bakıdakı Strateji Araşdırmalar Mərkəzinin elmi əməkdaşı Kamal Makili-Əliyev Azərbaycanın 2500 illik tarixə malik yəhudi icmasının tarixi rolundan danışaraq, dünyəvi şiə ölkəsi ilə İsrail arasındakı qarşılıqlı münasibətləri belə xarakterizə edir: “Yəhudilərlə münasibətlərimiz həmişə gözəl və səmimi olub və indi də belədir. Bizim həmişə ümumi əlaqələrimiz, ümumi taleyimiz olub və bu icmanın üzvləri Azərbaycan cəmiyyətinə böyük təsir göstəriblər: onlar musiqi, memarlıq və iqtisadiyyata sanballı töhfə veriblər, İkinci dünya müharibəsi illərində hərbi əməliyyatlarda fəal iştirak ediblər, habelə lap yaxın keçmişdə Dağlıq Qarabağ münaqişəsində qəhrəmanlıq göstəriblər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bu fikri dəstəkləyərək deyib ki, iki ölkə arasında əlaqələrin inkişafında “mühüm rol” oynayan “insan faktoru” anlayışı lazımınca qiymətləndirilməlidir. Müəllif yazır: “İranda da qədim yəhudi icması var. Belə icmalar Yəməndə, İraqda və Suriyada da olub, lakin bu icmalardan heç biri İsrail ilə əlaqə yaradılmasına kömək edə bilməyib. Əhval-ruhiyyə iki ölkə arasında münasibətləri yumşaltmağa kömək edə bilər, lakin münasibətlərin bazisi əhval-ruhiyyə deyil, maraqlardır”.

Müəllif İsrailin Azərbaycan ilə intensiv əlaqələr yaratmağa çalışmasının səbəblərini vurğulayır: “Əvvələn, xəritəyə baxın. Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və İranın əhatəsində olan Azərbaycan Xəzər dənizinin neftlə zəngin sahilində strateji əhəmiyyətli regionda yerləşir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Bakıdakı İsrail səfirliyində söhbət zamanı öz ölkəsinin Azərbaycan ilə xüsusi münasibətləri olmasını bildirərək qeyd edib ki, səfirliyin binası altı il bundan əvvəl terrorçuların hədəfi olub, lakin İsrail və Azərbaycan kəşfiyyatının, hər iki ölkənin təhlükəsizlik strukturlarının sıx əməkdaşlığı terrorçuların hücum planlarını həyata keçirməyə imkan verməyib. “Azərbaycan dünyəvi müsəlman ölkəsidir”, - deyən İsrailin Bakıdakı səfiri onu da əlavə edib ki, bu dövlət İsrail ilə qeyri-ərəb mənşəli başqa müsəlman ölkələri arasında münasibətlər üçün model və nümunə ola bilər.

Keynon qeyd edir ki, İsrailin dünyəvi müsəlman ölkəsi ilə sıx qarşılıqlı əlaqələr yaratmaq istəyi təqdirəlayiq model ola bilər. Düzdür, bu, İsrailin Azərbaycana marağının səbəblərindən biridir, lakin aşkardır ki, bu, yeganə səbəb deyil. Müəllif vurğulayır ki, “dəmir pərdə” götürüləndən az sonra İsrail Dövləti Azərbaycanla diplomatik münasibətlər yaradıb, 1992-ci ildə bu ölkədə öz səfirliyini açıb. Qəzetin siyasi icmalçısı yazır: “Bu, azərbaycanlılar üçün həlledici məqam olan Dağlıq Qarabağ üstündə Ermənistanla müharibənin qızğın dövrü idi. Azərbaycanın yüksək vəzifəli məmurlarının qeyd etdikləri kimi, bu müharibə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bu isə bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub”. Dünyada adamların çoxu bu regionun adını düzgün tələffüz edə bilmir və münaqişə ilə tanış deyil. Halbuki Azərbaycan üçün bu, siyasi həyatın dominant tərkib hissəsidir. Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndələri və alimlərlə görüşlərimizin demək olar ki, hamısında biz bu mövzuya qayıdırıq: Azərbaycan əraziləri ermənilər tərəfindən işğal edilib və rəsmi Bakının fikrincə, beynəlxalq münasibətlərdə ikili standartlar tətbiq edilir”.

Azərbaycan Parlamenti sədrinin birinci müavini Ziyafət Əsgərov soruşur: “Dünya ictimaiyyəti hiddətlənir ki, Rusiya Ukraynanı sakit buraxsın. Nə üçün? Bu, ikili standartdır. Nəyə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, amma Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar heç bir tədbir görülmür? Amerikalılar Azərbaycanı tənqid edirlər, bəs Ermənistan barədə nə üçün susurlar? Nə üçün Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir ki, o, bizim işğal olunmuş ərazilərimizi tərk etsin?”

Müəllifin fikrincə, Dağlıq Qarabağda vəziyyət yenidən gərginləşir, sərhəddə ölümlə nəticələnən insidentlər baş verir. Bu münaqişə yenidən tammiqyaslı müharibəyə çevrilə bilər. Azərbaycanın İsrail ilə qarşılıqlı münasibətlərini tədricən möhkəmlətməsinin elan edilməyən səbəblərindən biri budur, hərçənd Bakı indiyə qədər Təl-Əvivdə öz səfirliyini açmayıb. Herb Keynon vurğulayır: “Azərbaycanlıları narahat edən budur ki, əgər onlar İsraildə səfirlik açsalar, onda Ermənistan-Azərbaycan münaqişəsində əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyən ərəb ölkələri və digər islam dövlətləri müxtəlif beynəlxalq forumlarda bu məsələdə Azərbaycanın əleyhinə səs verəcəklər. Yerusəlim bu incə problemləri yaxşı bilir və bu səbəbdən, hadisələri sürətləndirməyə çalışmır. Əgər siz neft məhsullarının 40 faizini bu dövlətdən alırsınızsa və ona milyardlarla dollar dəyərində silah, o cümlədən pilotsuz uçuş aparatları satırsınızsa, onda Azərbaycanın Təl-Əvivdə səfiri olmadan da keçinmək mümkündür”.

Müəllif öz məqaləsində Azərbaycan ilə İsrail arasında qarşılıqlı münasibətlərin strateji əhəmiyyətini ətraflı təhlil edir: “Bu qarşılıqlı münasibətlərin vacibliyi Prezident Əliyevin əsas siyasi müşavirlərindən və ölkədə siyasi baxımdan ən nüfuzlu simalardan biri olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənovla görüşdə vurğulanıb. 45 dəqiqəlik görüş zamanı o, diskussiyaya yalnız bir dəfə fasilə verdi, çünki dövlət başçısının telefon zənginə cavab verməli idi”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri, İsraili çox vacib strateji tərəfdaş hesab edən Əli Həsənov vurğulayıb ki, kənardan təzyiqlərə baxmayaraq, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək və genişlənəcək. O deyib: “Biz dünyanın bütün ölkələri ilə, o cümlədən bir-birinə düşmən və rəqib olan ABŞ və Rusiya; İsrail və İran; İsrail və Türkiyə kimi ölkələrlə qarşılıqlı münasibətlərimizi öz maraqlarımıza uyğun şəkildə qururuq”.

“Beyin mərkəzi”nin eksperti K. Makili-Əliyev bildirib ki, iki ölkə arasında qarşılıqlı münasibətləri möhkəmlətməyin bir səbəbi də Azərbaycanın öz enerji resursları üçün, öz enerji bazarlarını şaxələndirmək üçün yeni sifarişçilər axtarmasıdır. Ekspert deyib: “Biz öz enerji ehtiyatlarımızı reallaşdırmaqda və bazarlarımızı şaxələndirməkdə maraqlıyıq. İsrail bizim enerji ehtiyatlarımızın cənuba ixrac edilməsi üçün yaxşı və etibarlı tərəfdaşdır”.

Məqalə müəllifinin fikrincə, sıx qarşılıqlı əlaqələrin əsas səbəblərindən biri Azərbaycanın bu inamıdır ki, İsrail ilə yaxşı münasibətlər Amerika yəhudi təşkilatları ilə, “mifik” yəhudi lobbisi ilə etimada əsaslanan münasibətlər yaranmasına gətirib çıxaracaq. Əli Həsənov açıq deyib: “İsrail bizim üçün çox vacib ölkədir, o, bizimlə dünya yəhudi lobbisi arasında etibarlı körpü yaradır”.

“Jerusalem post” qəzetinin icmalçısı yazır: “Bu konstruksiyada yəhudi lobbisi İsrailin tərəfdarları olan yetərincə pozitiv qüvvədir, azərbaycanlılarla müqayisədə onların Vaşinqtonda çox yaxşı əlaqələri var. Bu lobbi vaxtaşırı olaraq, xüsusən ABŞ Azərbaycanı insan hüquqlarının pozulması haqda uydurmalara görə tənqid edərkən Azərbaycan haqqında xoş söz deyə bilər. İsrail ilə möhkəm qarşılıqlı əlaqələr, Azərbaycanlı vəzifəli şəxslərin çoxunun fikrincə, Vaşinqtonda həlledici təsirə malik olan Amerikanın yəhudi təşkilatları ilə möhkəm əlaqələr yarada bilər.

Herb Keynon öz məqaləsinin sonunda İsrail Xarici İşlər Nazirliyinin başçısı Aviqdor Libermanın bu sözlərini xatırlayır ki, Azərbaycan İsrail üçün Fransadan daha vacib tərəfdaşdır.

Tanınmış israilli jurnalist Herb Keynon sonda yazır: “Liberman onu da deyə bilərdi ki, bu münasibətlər hərəkətin birtərəfli olduğu küçəyə oxşamır və bu, Azərbaycanın da xeyrinədir. Azərbaycanın İsrail üçün Fransadan daha vacib olması faktı onunla izah edilir ki, bu münasibətlər kağız üzərində qalmır, daim genişlənməkdə və hər iki tərəf üçün yüksək dividendlər gətirməkdə davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib