Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jerusalem Post” qəzeti: Akko şəhərinin meri Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

Bakı, 23 fevral, AZƏRTAC

İsrailin ən məşhur və nüfuzlu ingilisdilli qəzeti olan “Jerusalem Post” nəşrində bu qəzetin diplomatik müxbiri Herb Keynonun yaxın günlərdə Azərbaycana səfəri haqda növbəti məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, bu, Herb Keynonun İsrailin Akko şəhəri merinin Azərbaycana səfəri barədə ikinci məqaləsidir.

Akko şəhərinin meri Şimon Lankri Qafqazda yəhudi icmasının tarixi mərkəzində - Quba rayonundakı Qırmızı Qəsəbədə yaxın vaxtlarda bərpa olunmuş gözəl sinaqoqda gündüz duasından sonra deyib: “Bu mərasim məni çox mütəəssir etdi”. Keynon yazır ki, Qubada yəhudi sinaqoquna baş çəkmək səfərin proqramında nəzərdə tutulmuşdu və Şimon Lankri dua mərasimində olmağı israr edirdi. Belə də oldu.

Şimon Lankri deyib ki, müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dini məbədində eynilə Akko sinaqoqunda olduğu kimi şərait yaradılıb. Biz Siona qayıdandan sonra eyni duanı oxuyurduq: “Tanrı həmişə mənimlə olub”.

“Jerusalem Post” nəşrinin diplomatik müxbiri qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən İsraildən dəvət olunmuş kiçik nümayəndə heyətinə Şimon Lankri rəhbərlik edirdi. Keynon yazır: “Merin özünün, onun əsas köməkçisinin, İsraildə sayı 70 minə çatan Azərbaycan mənşəli sakinlərin dörd tanınmış təmsilçisinin, mətbuat üzrə mütəxəssisin və iki jurnalistin daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Şimon Lankrinin seçilməsi heç də təsadüfi deyildi. İsraildə əslən Azərbaycandan olan yəhudilərin ən böyük icması Akkoda yaşayır. Bu icmaya təxminən 9 min nəfər daxildir. Lankri Azərbaycandan olan israillilər icması üçün mərkəzin birinci mərtəbəsini yenicə inşa edib. Binanın ikinci mərtəbəsində Azərbaycan Evinin inşası prosesi başlanır. Heydər Əliyevin adını daşıyacaq bu ev ölkədəki azərbaycanlı yəhudilər üçün mədəni mərkəz və əlaqələndirmə mərkəzi olacaq”.

İsrailli jurnalistin fikrincə, Lankrinin Azərbaycana səfəri onun bu ölkəyə marağını, habelə onun şəhərində yaşayan azərbaycanlı yəhudilərin sosial və mədəni ehtiyaclarını əks etdirir. Məqalədə deyilir: “Öz şəhərində elektoratın xeyli hissəsinin dəstəyini qazanmaq ağıllı siyasətdir. Lakin bu həm də onu göstərir ki, Lankri Azərbaycan ilə İsrailin münasibətlərinin strateji cəhətdən vacib olmasına inanır. Şimon Lankri Azərbaycanda yüksək vəzifəli şəxslərlə görüşlərində açıq bəyan edib ki, o, həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Merə sual veriblər ki, onun bu bəyanatları Ermənistanla və ya onun əsas tərəfdarı olan Rusiya ilə İsrailin diplomatik münasibətlərində neqativ nəticələr doğura bilərmi? Lankri cavab verib ki, o, buraya səfərdən əvvəl İsrail Xarici İşlər Nazirliyindən heç bir təlimat almayıb və Azərbaycana nazir kimi deyil, mer kimi səfər edir”.

Lankri deyib: “Mən buraya nazir qismində gəlsəm, onda İsrail Xarici İşlər Nazirliyindən təlimat alaram ki, bəzi məsələlər barəsində danışarkən ehtiyatlı olmaq lazımdır. Lakin hələlik mən nazir deyiləm. Mənim şəhərimdə azərbaycanlılardan ibarət böyük elektoratım və onların qarşısında böyük öhdəliklərim var”.

Keynon yazır ki, azərbaycanlı yəhudilər Akkoya 1992-ci ildə, kütləvi repatriasiya dalğasından az sonra gəlməyə başlayıblar. Müəllif yazır: “Orada bunun üçün heç bir xüsusi səbəb yox idi. Bəziləri deyir ki, Akko bu insanlara Bakını xatırladıb. Əslində belə deyil, səbəb o idi ki, ailələr bir-birini çəkib gətiriblər. Azərbaycan yəhudi icmasında məni heyrətləndirən bu oldu ki, onlar doğulduqları ölkə - Azərbaycan haqqında həmişə müsbət fikir söyləyirlər. Belə insanlardan biri Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Nexamiya Şirin Mixaelidir. Bələdiyyə şurasının üzvü olan bu şəxs Şimon Lankrinin Bakıya dəvət olunmasında həlledici rol oynayıb. Nümayəndə heyətinin tərkibində o da vardı. Bu səfər Nexamiya Şirin Mixaeli üçün onun 1991-ci ildə, keçmiş Sovet İttifaqından yəhudilərin kütləvi repatriasiyasının qızğın dövründə İsrailə köçüb gələndən sonra Azərbaycana ilk səfər idi”.

Şirin Mixaeli 24 il bundan əvvəl ailəsinin Azərbaycanı tərk etmək qərarına gəlməsi barədə söhbət açaraq deyib: “Biz burada pis yaşamırdıq. Milyonçu deyildik, lakin öz evimiz, öz biznesimiz vardı, atam bizi dəstəkləyir və lazımınca kömək edirdi”. Ailəsinin Azərbaycanı tərk etməyi qərara almasına səbəb təqiblər deyildi, sadəcə, o dövrdə havada repatriasiya ruhu duyulurdu. Bundan əlavə, gələcək barədə müəyyənlik yox idi. Bu, Sovet İttifaqının dağıldığı dövr idi.

Şirin Mixaeli Azərbaycanın mərkəzi hissəsində yerləşən, doğulub boya-başa çatdığı kənddə deyib: “Biz məktəbə getməli və bütün “izm”ləri öyrənməli idik. Biz kommunizm və sosializm nə demək olduğunu öyrənirdik. Mən evə gələndə valideynlərim bizi öyrədirdilər ki, biz yəhudilərik. Onlar deyirdilər: “Siz yəhudisiniz və günlərin bir günü Yerusəlimdə olmalısınız”. Atam hər gün evə gələndə “Növbəti ili Yerusəlimdə qarşılamaq” şərəfinə badə qaldırırdı. O, bu sözləri təkcə Pasxa bayramı günlərində deyil, hər gün deyirdi”.

Mixaeli deyib ki, 26 il ərzində Azərbaycanda olmayıb. Ona görə yox ki, Azərbaycan haqqında xatirələri pisdir, ona görə ki, o, Azərbaycana təkcə qonaq kimi, “hətta sevimli anamın məzarını da ziyarət etmədən” gəlmək istəmirdi. O, doğulduğu ölkəyə özünün müəyyən köməyini təklif etməyə hazır olan insan kimi qayıtmaq istəyirdi.

Şirin Mixaeli deyib: “Mən Azərbaycana nailiyyətlərlə qayıtmaq istəyirdim, təkcə onu görmək yox, həm də İsrailə repatriasiya etmiş və indi Azərbaycanın güclü dövlət olmasına baxmayaraq, Azərbaycan xalqına kömək edə biləcək bir yəhudi kimi qayıtmaq istəyirdim”.

Qəzetin diplomatik müxbiri Herb Keynon sonda yazır: “Bəs o, necə kömək edə bilər? Bir vaxt tərk edib getdiyi ölkə ilə kontaktlar və əlaqələr yaratmaq yolu ilə”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb