Jones, Cobain və mifik “27-lər klubu”
Bakı, 27 mart, Məmməd Məmmədli, AZƏRTAC
İngilis Brian Jones və amerikalı Kurt Cobain fevral ayında dünyaya gəlmiş və möhtəşəm, əzəmətli musiqiləri ilə şöhrətlənib ulduz olandan sonra 27 yaşında dünyalarını dəyişiblər.
Gözlənilməyən bir təsadüf nəticəsində, “The Rolling Stones” və “Nirvana” qrupunun yaradıcıları eyni vaxtda səhnəyə gəlib və az bir vaxtda rok tarixində ən yaxşı ifaçılar kimi məşhurlaşıblar. Jimi Hendrix, Janis Joplin, Jim Morrison və Emi Vinhaus bu qruplarda çalışıblar.
AZƏRTAC xəbər verir ki, “27-lər klubu” çılğın, nizamsız və ipə-sapa yatmayan musiqiçiləri bir araya gətirərək, onları məşhurlaşdırdı. Ancaq başgicəlləndirici şöhrət, narkotikanın təsiri və musiqi sənayesinin mənfilikləri onları uçuruma sürüklədi və bəladan vaxtında xilas ola bilmədilər.
Jones, Hendrix, Joplin və Morrison biri-birindən üç il fərqlə dünyalarını dəyişdilər, bu da musiqiçilərin, xüsusən də Rocknroll sənətçiləri arasında şübhələrin və dedi-qoduların yaranmasına səbəb oldu.
Jones (1942-1969) - tanınmış multi-instrumentalist və bəstəkarın cəsədi İngiltərənin Sussex şəhərindəki evinin hovuzundan tapılıb. Gitaraçı The Rollings Stonesdan qovulmuş və son illərdə narkotikadan güclü asılılığı yaranmışdı.
Jonesin ölüm səbəbini astma tutmasından sonra suda boğulması ilə əlaqələndirirdilər. Ancaq bu, birmənalı qarşılanmamış, ortada digər mülahizələrlə yanaşı, cinayət ehtimalı da vardı.
Musiqi tarixində ən yaxşı gitara ifaçılarından biri hesab edilən amerikalı Jimi Hendrix (1942-1970) yaxınlıq etdiyi qıza məxsus olan dərmanların yüksək dozada qəbulundan sonra vəfat etdi. Amma sonraki tədqiqatlar onun ölümünə səbəbi ağciyər emfizeması olduğunu təsdiq edirdi.
Joplin (1943-1970) - şimali amerikalı, rok və bluzun ən güclü səsə malik sənətkarı Los-Ancelesdə heroinin yüksək dozasından dünyasını dəyişdi.
Hippi hərəkatının nümayəndəsi, Doors qrupunun vokalçısı, içki düşkünü, Jim Morrison (1943-1971) həddindən artıq heroin istifadə etdiyinə görə Parisdə ürək tutmasından dünyasını dəyişmişdir.
İngilis yazıçısı və tədqiqatçısı Lesley-Ann Jonesun sözlərinə görə, “27-lər klubu”nun gənc ulduzlarının belə bir qara tale yaşamaları haqqında danışılanlar uzun zaman dövri mətbuatın gündəmindən düşmədi.
Morrisonun ölümündən 23 il sonra, 1994-cü il aprel 8-də Cobainin cəsədi Seattleda (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən ediblər. “Nirvana” qrupunun yaradıcısı Kurt Cobain özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Courtney Lova yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.
Müğənni, musiqiçi və bəstəkar, özünün mifik “Nirvana” qrupu ilə qranj üslubunu yaradaraq möhtəşəm ifası ilə öz nəsli arasında bir dalğada idi. O, musiqi sənayesinin çətinliklərini dəf edərək, “Smells like teen spirit” və “Come as you are” mahnıları ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Cobain depressiya və narkotik asılılıqdan əziyyət çəkirdi, hətta müalicə olunsa da onlardan xilas ola bilməmişdi.
Qısaömürlü karyerasına baxmayaraq, Cobain milyonlarla diskini dünyanın bir çox ölkələrində sata bilmişdi. Onun ölümü “27-lər klubu”nun mövcudluğu haqqında iddiaların səslənməsinə səbəb oldu və 17 il sonra bu klubun üzvü, Britaniya Krallığının ən yaxşı ifaçılarından olan Emi Vinhausun “Back to Black” studia albomu beş dəfə Grammy premiyasını qazandı.
Tədqiqatçı Lesley-Anın fikrinə görə, onun təkzibolunmaz istedadı, narkotikə, içkiyə olan aludəsi və uşaqlıqda psixoloji zədə alması Eminin taleyinin yazısı idi. Onlar çox həssas, eyni zamanda, üsyançı və özünə əmin olmayan kəslər idilər. Bu sənətçilər özlərini həmişə tənha hiss edir, həyatlarının bir çox məqamlarında tənqidə məruz qalırlar. Digər tərəfdən, onlar musiqi sənayesinin qurbanları oldular. İfaçıları ticarət məhsuluna çevirmə cəhdləri onlar üçün pis fəsadlarla nəticələndi. İfaçılar özləri də hiss edirdilər ki, şöhrət onların şəxsi həyatlarını korlayır, arzularını söndürürdü.
Diskoqrafiya nümayəndələri, musiqiçilərin etibarını qazanmaq və layihədə saxlamaq üçün, tez-tez onları istədikləri şeylərlə təmin edir, hətta onlara narkotik maddələr ötürürdülər. O da var ki, bu sənətçilərin yaşadıqları dövrü nəzərə almaq lazımdır. Bu dövr azadlıq və sülh istəyən, Vyetnam müharibəsinə yox deyənlərin zamanı idi.
27 yaşında dünyasını dəyişən ifaçılar çoxdur, ancaq Jones, Hendrix, Joplin, Morrison, Cobain və Vinhaus kimilərin ölümü həmin dövrdə milyonlarla insanı şoka salmışdır.
Yaşasaydı, 2019-cu il fevralın 20-sində Cobain 52 yaşını qeyd edəcəkdi, Jones isə 77-ci baharını adlayardı. Klubun digər üzvləri ilə yanaşı, onlar da mahnılarının qulaqasma reytinqində, yaxud, öz xarizmatik fotoları ilə dünya jurnallarının üzqabığını bəzəyərdilər. Ancaq onlar talesiz olduqlarından elə bil qərara almışdılar ki, cavan getsinlər.
Bütün bunlara baxmayaraq, onların əziyyətlə qazandıqları uğurları və cazibədar şəxsiyyətləri ətrafında gedən söhbətlər indiyədək səngimir. Nəzərə alsaq ki, Rolling Stones hələ də yaşayır, “Nirvana” isə artıq mövcud deyil.