Jurnalistlər "Dostluq meşəsi"ndə ağac əkiblər
Cəbrayıl, 22 fevral, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC
Fevralın 22-də Cəbrayıl rayonunun "Dostluq meşəsi" ərazisində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə ərazidə yerli iqlim şəraitinə uyğun Eldar şamı ağacları əkilib.
Qeyd edək ki, "Dostluq meşəsi"ndə 16 hektar ərazidə meşəsalma tədbirləri bu gün yekunlaşıb.