Kamerunlu iştirakçı: COP29-da veriləcək vacib qərarları biz afrikalılar səbirsizliklə gözləyirik
Bakı, 21 noyabr, AZƏRTAC
“Kamerundan Azərbaycana COP29-da iştirak etmək üçün gəlmişəm. Bu, iştirak etdiyim ilk COP konfransıdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un kamerunlu iştirakçısı Etyen Ntonqa Manduo söyləyib. Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Etyen Ntonqa Manduo Bakıda olmaqdan məmnunluğunu ifadə edib. “COP29-da olduğumuz müddətdə hər şey yaxşı gedib. Düşünürəm ki, COP29-da veriləcək bir neçə vacib qərar var ki, bunu biz afrikalılar səbirsizliklə gözləyirik. Bizə Azərbaycan, İngiltərə və digər böyük ölkələrin kömək etməsini gözləyirik. Həqiqətən, iqlim dəyişmələri ilə mübarizədə bizim kimi həssas ölkələrin bu köməyə çox ehtiyacı var”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]