Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kanon və post-kanon müəllif incəsənəti” mövzusunda mühazirə-diskussiya keçirilib

“Kanon və post-kanon müəllif incəsənəti” mövzusunda mühazirə-diskussiya keçirilib

Bakı, 26 oktyabr, Anara Axundova, AZƏRTAC

Oktyabrın 25-də Müasir İncəsənət Mərkəzində “Kanon və post-kanon müəllif incəsənəti” mövzusunda açıq mühazirə-diskussiya keçirilib. Tədbir Birləşmiş Rəssamlar Klubu nəzdində fəaliyyət göstərən Diskussiya klubunun mütəmadi görüşləri çərçivəsində baş tutub. Görüşün moderatoru qismində fəlsəfə elmləri doktoru, Memarlar İttifaqı və Rəssamlar İttifaqının üzvü Elçin Şamilli çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın muğam musiqisində kanon və onun müasir interpretasiyası” və “Türk xalçasında kanon” mövzularında müzakirə olunan məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, görüş əsnasında barokko memarlıq üslubunun spesifik dili, kanonların dağılması prosesi və İntibah dövrünün müəllif sənətinə çıxış, Matiss, Şaqal və alman ekspressionistlərinin timsalında XX əsrin avanqard cərəyanında ənənəvi kanonunun yenidən formalaşması məsələləri də müzakirə edilib.

Müasir İncəsənət Mərkəzinin bədii rəhbəri, Birləşmiş Rəssamlar Klubunun sədri rəssam Bəhram Xəlilov Diskussiya klubunun fəaliyyəti və məqsədləri barədə AZƏRTAC-ın müxbirinə danışıb.

Bədii rəhbər deyib: “Birləşmiş Rəssamlar Klubunun təşkilatçılığı ilə Müasir İncəsənət Mərkəzinin nəzdində çoxşaxəli klub fəaliyyəti Mərkəzin yarandığı ilk günlərdən - 2007-ci ildən həyata keçirilir. Məqsədimiz incəsənətin, yaradıcı, elmi və fəlsəfi tədqiqatların təbliği, adıçəkilən sahələrin auditoriya tərəfindən qavranılması səviyyəsinin yüksəldilməsi, bizi əhatə edən dünyanın mütərəqqi-müasir kontekstdə anlaşılması üzrə sərbəst simbiotik fikir mübadiləsinin aparılmasıdır”.

Bəhram Xəlilovun sözlərinə görə, Müasir İncəsənət Mərkəzi Azərbaycan Rəssamlar İttifaqı ilə əməkdaşlıq şəraitində məhz incəsənətin təbliği və həvəskarlardan tutmuş peşəkarlara, turistlərdən yerli sakinlərə qədər hər kəsin yaradıcılıq səviyyəsində sərbəst ünsiyyət qurması üçün təşkil olunub.

“Biz cəmiyyətimizin nümayəndələrinin yaradıcı düşüncəsi üçün ümumi, vahid platforma yaratmağa çalışırıq və fənlərarası multikultural tədqiqatları daha da inkişaf etdirməyi və dərinləşdirməyi planlaşdırırıq. Eyni zamanda, yaradıcı, daha çox alternativ incəsənət, memarlıq, musiqi və hər hansı digər qavrayış mövzularında müzakirələr təşkil edirik”, - deyə klubun sədri qeyd edib.

Elçin Şamilli Diskussiya klubunun iclaslarının necə təşkil edilməsindən də bəhs edib: “Bizim müzakirələrimiz həm təsviri sənətin peşəkar xadimləri, həm sənətşünaslar, müəlliflər, ifaçılar və digər sənət növlərinin nümayəndələri, həm də incəsənət və mədəniyyət məsələləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub”.

Elçin Şamillinin sözlərinə görə, klubun iclasları müzakirə formatında keçirilir. Əvvəlcə moderator və ya qonaq məruzəçi mühazirə oxuyur, bu zaman audio-vizual materiallar da nümayiş etdirilir. Sonra mövzunun bölmələrinə uyğun olaraq klubun daimi üzvləri və onun ziyarətçiləri müzakirəyə daxil edilir.

“Bizim görüşlərimiz arasındakı fərq müzakirələrin çevikliyi və müxtəlifliyidir. Bütün mövzular incəsənətin müxtəlif növləri - rəssamlıq, memarlıq, musiqi, teatr, kino, dizayn, moda və mədəniyyətin digər sahələri üzrə nəzərdən keçirilir”, - deyə klubun moderatoru bildirib.

Mədəniyyət və incəsənətin insana bir növ təcrübə və dərketmə azadlığı məkanı kimi ruhun daxili aləminə nüfuz etmək imkanı verdiyini qeyd edən Elçin Şamilli əlavə edib: “Peşəkarlar üçün bu, öz baxış və anlayışlarını bölüşmək, həmçinin opponentlərin mühakimələri vasitəsilə əks əlaqə yaratmaq imkanıdır. Tamaşaçılar, oxucular və dinləyicilər üçün isə sənəti qavramağın növbəti səviyyəsinə keçmək üçün bir fürsətdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO