Kapoeyraçılar açıq Bakı turnirində güclərini sınayacaqlar
Bakı, 4 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə solo kapoeyra üzrə onlayn açıq Bakı turniri keçiriləcək.
Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi, məşqçilər kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Elgiz Əlizadə AZƏRTAC-a bildirib ki, yarışda paytaxt idmançıları ilə yanaşı, region təmsilçiləri də iştirak edəcəklər.
Turnirin keçirilməsində məqsəd pandemiya şəraitində idmançıları formada saxlamaq, onlarda motivasiya yaratmaq, hazırlıq və təcrübələrini artırmaqdır. Yarışda 50-ə yaxın idmançı mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]