Karateçilərimiz Seriya A turnirində
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-dan 12-dək Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turniri keçiriləcək.
AZƏRTAC Azərbaycan Milli Karate Federasiyasına istinadla xəbər verir ki, nüfuzlu yarışda 10 idmançımız, o cümlədən qadınlardan Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimova, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) mübarizə aparacaq. Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək.
Konyadakı turnirdə 76 ölkədən mindən çox karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]