Karen Donfrid: Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün müxtəlif elementlər mövcuddur. Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycanda keçirdiyim görüşlərdə ABŞ-ın potensial olaraq necə kömək edə biləcəyi müzakirə olundu. Düşünürəm ki, bu məsələlər sülh prosesində açar hissələrdir. Ümid edirəm, hər iki ölkə bu məsələlərdə inkişafa nail ola biləcək", - deyə Karen Donfrid qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
Sabahın hava proqnozu açıqlanıb
- [12:35]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Rusiya Britaniyanı hədələyib
- [11:08]