Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Kaşğar - qədim “İpək yolunun ürəyi” - FOTOREPORTAJ VİDEO

Pekin, 24 yanvar, AZƏRTAC

Ən qədim ticarət yollarından sayılan, bəlkə də elə ən qədimi olan İpək yolu Şərq ilə Qərb arasında təkcə ticarətin təşkilində deyil, həm də mədəni mübadilənin inkişafında böyük rol oynayıb. Bu amil qədim ticarət marşrutu üzərində yerləşən məmləkətlərin, şəhərlərin iqtisadi və mədəni inkişafına böyük təsir göstərib. Həmin şəhərlərdən biri qədim İpək yolunun ürəyi sayılan Kaşğar şəhəridir.

Çinin Sincan Uyğur Muxtar Rayonunun cənubunda, Tarim hövzəsində yerləşən Kaşğar şəhəri təxminən 2 min il ərzində İpək yolunun vacib nöqtəsi kimi Çin ilə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq arasında qovşaq rolunu oynayır. Tarixən müxtəlif dövlətlərin tərkibində olan Kaşğar özünəməxsus zəngin mədəni irs formalaşdıra bilib.

“Sincanın incisi” hesab edilən Kaşğar özünün tarixi mirası, zəngin mədəniyyəti, ənənəvi memarlığı ilə görənləri valeh edir. Kaşğar özündə müxtəlif dinləri, dilləri, mədəniyyətləri birləşdirən nadir yaşayış məskənlərindən biridir. Şəhərin qədim sakinləri İslamdan əvvəl zərdüştlük, buddizm dininə sitayiş etsə də, Qaraxanlı hakimiyyəti dövründən şəhərdə İslam dini üstünlük təşkil edib. Bir müddət Qaraxanlı dövlətinin paytaxtı olan Kaşğar dünyanın ən qədim daimi məskunlaşmış şəhərlərindən biridir. Onun haqqında qədim Çin, yunan, ərəb, hind, fars mənbələrində də söz açılır. Çin hökuməti 1986-cı ildə Kaşğarı tarixi və mədəni əhəmiyyətli şəhər elan edib. Hazırda paytaxt Urumçidən sonra Sincan Uyğur Muxtar Rayonunun 2-ci böyük şəhəri olan Kaşğarın əhalisinin əsas hissəsini uyğurlar təşkil edir. Uyğurlardan başqa şəhərdə hanlar (çinlilər), huycular (müsəlman çinlilər), özbəklər, taciklər və digər etnik qruplar da yaşayır.

Kaşğarın tarixi hissəsinin mərkəzini ənənəvi şərq şəhərlərində olduğu kimi bazar təşkil edir. Çində 5A kateqoriyalı turizm məkanı olan Kaşğar şəhərinin tarixi hissəsində xeyli sənətkarlıq dükanı var. Burada əl işləri, sənətkarlıq nümunələri, milli geyimlər satılır. Bazar hər gün açıq olsa da, xüsusən həftənin bazar günlərində və bayramlarda burada əsl qələbəlik müşahidə olunur. Deyilənə görə pik saatlarda ziyarətçilərin sayı 100 minlərlə ölçülür. Tarixən başqa məmləkətlərdən tacirlərin baş çəkdiyi bu bazar hazırda turizm məkanı kimi çox məşhurdur. Burada turistlər bölgənin mədəni irsinə dair suvenirlər, yerli qida məhsulları, milli geyimlər almaqla yanaşı, həm də küçəboyu milli üslubda dizayn edilən yeməkxanalarda, çayxanalarda bölgənin milli mətbəxinin təamlarını dada, milli musiqisini dinləyə bilirlər. Kaşğarın mətbəxi, xüsusən də uyğur plovu, çöp kabab, samsa, bozartmas dillər əzbəridir. Kaşğar bazarında satıcılar insaflıdır, sövdələşib razılığa gəlmək olur. Ətraf yaşayış məntəqələrinin sakinləri yetişdirdikləri meyvə və tərəvəzləri, ədviyyatları, faydalı bitkiləri satmaq üçün bura gətirirlər. Şəhərin tarixi hissəsinin əsas küçəsinə birləşən məhəllələrdə sakinlər yaşayır. Bu məhəllələr dar küçələrdən, şərq üslubunda evlərdən ibarətdir.

Kaşğarda bir neçə tarixi məscid, o cümlədən məşhur Heytgah məscidi də günümüzədək qorunub saxlanılıb. Çin ərazisində ən böyük məscid olan Heytgah məscidi 1442-ci ildə inşa etdirilib. Sonradan bir neçə dəfə restavrasiya edildikdən sonra sahəsi 16 min 800 kvadratmetrə çatıb. Məsciddə eyni vaxtda 20 min nəfər ibadət edə bilər. “Heytgah” sözü “bayramlar meydanı” mənasını verir. Çünki milli və dini bayramlarda (Ramazan, Qurban və Novruz bayramları) sakinlər məscidin önündəki meydana toplaşar, bayramlaşar, şənlik edərdilər. Məscid bir neçə dəfə həm yenilənib, həm də genişləndirilib.

Heytgah məscidinin imamı Abbas Məhəmməd AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, məscid qüllə, günbəz, həyət, xanəgah və əsas ibadət zalından ibarətdir: “Məscidimizdə ibadət üçün hər cür şərait var. Məscidə gələnlər hər dəfə namazdan sonra burada bir az vaxt keçirərək bir-biri ilə söhbətləşirlər”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Kaşğar - qədim “İpək yolunun ürəyi” - FOTOREPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

“Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində qaliblər mükafatlandırılıb

Xaçmazda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanları olan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı

BDU-da Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Hazırda 329 ahıl cütlüyə evdə sosial-məişət xidməti göstərilir