Kaxa Kaladze: Bizim üçün Avropa İttifaqının deyil, gürcü xalqının mövqeyi maraqlıdır
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Avropa İttifaqının mövqeyi bizim üçün və şəxsən mənim üçün maraqlı deyil. Bizim üçün əsas olan gürcü xalqının mövqeyidir. Mənim üçün də ən əsası gürcü xalqıdır”.
AZƏRTAC xəbər verir ki, bunu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze Avropa İttifaqı (Aİ) liderlərinin Gürcüstanda keçirilmiş yerli seçkilərlə bağlı bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Gürcüstanın sahibləri hansısa kənar şəxslər deyil, sadə gürcü xalqıdır. “Bu ölkəni yalnız gürcü xalqı idarə edir. Hakimiyyətdə kimin olmasına və müxalifət spektrinin necə təmsil olunacağına da xalq qərar verir”, - deyə K.Kaladze vurğulayıb.
Baş katib deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 7-də Avropa rəsmilərinin bəyanatına cavab verəcək.
Qeyd edək ki, ötən gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda oktyabrın 4-də keçirilmiş yerli seçkilərlə bağlı tənqidi bəyanat yayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]