KƏND YOLLARI BƏRPA EDİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yolların təmiri ölkə Prezidenti İlham Əliyevin bölgəyə səfərindən sonra daha da sürətlənmişdir. Təmir və tikinti işlərinə 300 min manat vəsait ayrılmışdır. Bu, yaxın vaxtlarda Şəmkirdə bütün yolları abadlaşdırmağa imkan verəcəkdir. Hazırda həmin vəsait hesabına bir neçə kənd yolu, o cümlədən Şəmkir-Posanlı yolu asfaltlaşdırılır.