Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub

Qıvraq qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Kəngərli, 7 mart, AZƏRTAC

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı dinamik əhali artımı ilə müşahidə olunur. Bu da məskunlaşmanın artmasına və yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olub. 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu da ötən dövrdə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 7-də Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Qıvraq qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirib, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd edib. Bina haqqında ətraflı məlumat verən Hicran Rüstəmov göstərilən qayğıya görə inşaatçılar adından minnətdarlıq edib, bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını bildirib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək deyib ki, Kəngərli rayonu sürətli inkişaf və yüksəliş yolu keçərək müasir mərhələyə gəlib çatıb. Bir vaxt boş çöllərdən ibarət olan bu ərazilər indi şəhər görkəminə qovuşub. Ötən dövrdə Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşıb, inzibati binalar tikilib, 79,9 kilometr yeni yol salınıb, 6 körpü, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, tarixi abidələrimizə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib. Kəngərli rayonu yaranandan bu günədək tikinti-quruculuq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə edib, 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Rayon ərazisində 5 su nasos stansiyasının, eləcə də 1140 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması, Böyükdüz kəndində toxumçuluq təsərrüfatının yaradılması yüzlərlə hektar əkilməyən torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Son illərin quruculuq ünvanları olan müasir sənaye kompleksi və sement zavodu isə ölkəmizin mühüm sənaye obyektləri sırasındadır. Həm sənaye müəssisələrində, həm də son illər Kəngərli rayonunda qurulan onlarla kiçik istehsal və xidmət sahələrində yüzlərlə iş yeri açılıb. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbəli yaşayış binası da insan amilinə, əhalinin firavan yaşamasına verilən dəyərin ifadəsidir. Müasir Kəngərli Azərbaycan dövlətinin bir rayonun timsalında iqtisadi gücünün və sosial dayanıqlığının, insan amilinə hərtərəfli qayğısının göstəricisidir. İcra başçısı göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Kəngərli rayonunun yaranmasından 15 il ötür. Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli Qanununa əsasən yaradılmış rayon ötən 15 il ərzində böyük inkişaf yolu keçmişdir.

Ali Məclisin Sədri Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü münasibətilə sakinləri təbrik edib, rayonun inkişafında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Ötən 15 ildə Kəngərli rayonunun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatması olmuşdur. Bundan başqa rayonda sənaye məhsulu 16 dəfə, kənd təsərrüfatı məhsulu 7 dəfə, investisiya qoyuluşu 50 dəfə, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artmışdır. Bütün bunlar rayonun inkişafının göstəriciləridir. Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır.

Ali Məclisin Sədri deyib: Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir. Binanın ilk sakinləri Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslərdir. Bu da mühüm əhəmiyyət daşıyır. Çünki dövlət qayğısı ilə tikilmiş binanın ilk sakinləri dövlət qarşısında xidməti borclarının ləyaqətlə yerinə yetirmiş insanlardır.

Ali Məclisin Sədri mənzillə təmin olunan sakinləri təbrik edərək deyib: Bu gün Kəngərli rayonunun ictimai-siyasi həyatında fərqlənənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə rayonun formalaşmasında və inkişafında xidməti olanların əməkləri yüksək qiymətləndirilmiş, onlar orden, medal və fəxri adlarla təltif olunmuşlar. Rayonun formalaşmasında hər bir sakininin əməyi vardır. Dövlət qayğısı və birgə fəaliyyət rayonun inkişafını təmin edib.

Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür edib, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və əminliyini bildirib ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil var. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 93 və 78, ikiotaqlı mənzillərin ümumi sahəsi 59 və 62 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunub, hər birinə daimi su xətti çəkilərək zirzəmidə 2 ədəd 8 tonluq su çənləri qoyulub, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Binanın həyətində abadlıq işləri aparılıb, istirahət guşəsi yaradılıb, 1500 metr uzunluğunda yeni avtomobil yolu salınıb, 1510 metr su xətti çəkilib, 250 kilovoltluq transformator yarımstansiyası, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Zirzəmidə mühəndis-texniki tələblərə uyğun inşa olunmuş mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı yerləşir. Həmçinin burada xidmət mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, çəkməçi dükanları vardır. Burada 6 sakin işlə təmin olunub.

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və Kəngərli rayon dini icmasına xidməti avtomobil təqdim edilib

Martın 7-də Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunub, Kəngərli rayon dini icmasına xidməti avtomobil verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olanların reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcı potensiallarının aşkar edilməsi daim diqqət mərkəzindədir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu günədək şəhid ailələrinə və müvafiq kateqoriyadan olan şəxslərə 217 mənzil və fərdi evlər, 462 nəfərə isə minik avtomobilləri təqdim edilib. Bu gün sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə mənzillərin verilməsi də bu sahədə görülən işlərin davamıdır. Nicat Babayev göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Kəngərli rayon dini icmasının rəhbəri Mirtofiq Seyidov minnətdarlıq edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır. Sosial obyektlər, inzibati binalar tikilir, yollar çəkilir, tarixi abidələrimiz bərpa olunur. Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksinin öz tarixi görkəminə qaytarılması tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsidir. Muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması sahəsində də ardıcıl tədbirlər görülür, yeni məscidlər tikilir. Kəngərli rayonunda da din xadimlərinə hərtərəfli qayğı göstərilir, məscidlər bərpa olunur. İslam dininin olduğu kimi təbliğ olunması, dini ayinlərin düzgün icrası və mənəvi dəyərlərimizin yaşadılması qarşımızda duran əsas vəzifədir. Bu vəzifələrin öhdəsindən layiqincə gələcək, göstərilən qayğı müqabilində daha səylə işləyəcəyik. Mirtofiq Seyidov Ali Məclisin Sədrini qarşıdan gələn Novruz bayramı münasibətilə muxtar respublika dindarları adından təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sağlamlıq imkanı məhdud Azərbaycan Vətən müharibəsi iştirakçısına və xidməti vəzifəsinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxsə mənzillərin orderlərini təqdim edib, onlara firavan həyat arzulayıb. Həmçinin Ali Məclisin Sədri Kəngərli rayon dini icmasına “Naz Lifan-330” markalı minik avtomobilinin açarını təqdim edib.

Müasir şəraiti olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş Mirməhəmməd Seyidov və onun ailə üzvü Mahirə Seyidova, eləcə də Azərbaycan Vətən müharibəsi iştirakçısının ailə üzvü Zümrüd Allahverdiyeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Dövlət Sığorta Agentliyinə səyyar xidmət avtomobilləri verilib, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılıb

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında yaradılan şəraitlə tanış olub, Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilib.

Bildirilib ki, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün 7 iş otağı ayrılıb, otaqlarda müasir iş şəraiti yaradılıb. Agentliyin otaqları üçün fərdi istilik sistemi qurulub, mebel dəstləri, kompüter və lazımi inventarlar qoyulub. Səyyar xidmət avtomobilləri internet, kompüter, printer və digər avadanlıqlarla təmin edilib. Bu da muxtar respublikanın kəndlərində sığorta ərizələrinin qəbulunun və müqavilələrin bağlanmasının həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri kollektivi təbrik edərək deyib: Ölkəmizdə “ASAN xidmət”in tətbiqi əhalinin rahatlığına xidmət edir. Artıq “ASAN xidmət” dünyada nümunəvi model kimi qəbul olunur. Muxtar respublikada əhaliyə göstərilən səyyar xidmət də “ASAN xidmət”in bir formasıdır. Artıq muxtar respublikada Daxili İşlər Nazirliyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində səyyar xidmətlər fəaliyyət göstərir. Həmçinin əhaliyə internet üzərində onlayn xidmətlər göstərilir. Bütün bunlar isə imkan verir ki, əhali vaxt itkisinə yol verməsin. Muxtar respublikada sığorta sahəsində də səyyar xidmətin yaradılmasına ehtiyac vardı. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Agentliyi 4 icbari və 7 könüllü sığorta fəaliyyətini həyata keçirir. Bu gün Dövlət Sığorta Agentliyinə yeni səyyar xidmət avtomobillərinin təqdim olunması və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraitinin yaradılması bu sahədə fəaliyyətin hərtərəfli təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Sığorta işinin əsasında könüllü sığortanın tətbiqi dayanır. Könüllü sığorta isə insanları maarifləndirmə yolu ilə həyata keçirilir. Fəaliyyətin bu istiqamətdə qurulması sığorta təşkilatlarının qarşısında duran əsas vəzifələrdəndir. Sığorta işçiləri və bu sahədə çalışanlar muxtar respublikada sığorta işinin qurulmasında, könüllü sığortanın inkişaf etdirilməsində öz səylərini daha da artırmalı, müasir sığorta sistemi formalaşdırılmalıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təşkili sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Kəngərli rayon sakinləri dövlət qayğısına görə minnətdarlıq edirlər

Rayon sakini, ziyalı Əbülfəz Orucov minnətdarlıq edərək deyib: Bu gün biz sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Rahat yaşayışımıza görə dövlətimizə minnətdarıq. Kəngərli rayonunda bütün sahələr inkişaf edir. Təhsil işçiləri də qayğı ilə əhatə olunub. Sakinlər bundan sonra da Ulu Öndərimizin yoluna sadiq qalacaq, rayonun inkişafına öz töhfələrini verəcək, abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.

Ali Məclisin Sədri deyib ki, 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu hazırda muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Bu gün rayonun ən ucqar kəndləri telefonlaşdırılıb, sürətli internet şəbəkəsi qurulub, ən müasir məktəblər, kitabxanalar tikilərək istifadəyə verilib. Bunların hamısı Kəngərli rayonunun 15 ildə qazandığı uğurlardır.

Ali Məclisin Sədri sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib