“Kəpəz” komandası Zirə səfərindən əliboş ayrılıb
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də keçirilən iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, günün ilk görüşündə turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gəliblər.
“Zirə” evdə “Kəpəz”i qonaq edib. Sözügedən komandaların indiyədək baş tutan duellərində meydan sahibi olan komanda uduzmayıb. “Zirə” bu görüşdə də “Kəpəz”ə qalib gələrək 3 xal qazanmağı bacarıb - 1:0. Belə ki, qarşılaşmada yeganə qol oyunun 37-ci dəqiqəsinə təsadüf edib. Sezar Meza Kollinin qırmızı kartla cəzalanmasından sonra azlıqda qalan meydan sahibi komandanın heyətində Nurlan Novruzov fərqlənib. Qalan dəqiqələrdə Gəncə təmsilçisinin hesabı bərabərləşdirmək cəhdi uğursuz alınıb və ikinci hissədə də tabloda rəqəmlər dəyişməyib.
Beləliklə, hazırda “Zirə” klubu 21 xalla turnir cədvəlində 5-ci, “Kəpəz” isə 15 xalla 6-cı pillədə yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]