Kevin Medina: Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim
Bakı, 25 iyun, AZƏRTAC
Xankəndiyə gəlmədən öncə bu cür heyrətamiz şəhərlə qarşılaşacağımı düşünməzdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.
Kolumbiyalı müdafiəçi Ağdam klubunun rəhbərliyinin və futbolçularının Xankəndidə tələbələrlə görüşü barədə təəssüratlarını bölüşüb: “Burada hər şey sürətlə baş verir. Yeni tikinti işləri aparılır, insanlar üçün hər bir şərait yaradılır. Düşünürəm ki, şəhər sakinləri də çox xoşbəxtdirlər. İnkişaf göz önündədir. Hər şey möhtəşəmdir”.
Komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iştirakına dair də fikirlərini bildirən K.Medina bu mövsüm əvvəlkindən daha çox uğurlar qazanacaqlarına inandığını söyləyib: “Bu haqda danışmaq üçün tez olduğunu düşünürəm. Əlbəttə ki, yaxşı nəticələr üçün çoxlu məşqlər etmək lazımdır. Həftəlik məşqlər olduqca vacibdir. Turnirdə irəliləyəcəyimizə inanıram. "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcəyik. Hansı rəqiblə qarşılaşacağımız önəm kəsb etmir. Sadəcə yaxşı hazırlaşıb, gözəl oyun nümayiş etdirmək barədə düşünürük”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]