Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiçik yaşda böyük məsuliyyət: Azyaşlı gimnastlarla işləməyin incəlikləri - REPORTAJ

Bakı, 31 oktyabr, AZƏRTAC

Milli Gimnastika Arenasında bu günlərdə azyaşlı bədii gimnastların iştirak etdiyi “Ocaq Cup” beynəlxalq turniri keçirilir. Bu uşaqlar üçün əsas məqsəd medal yox, səhnə təcrübəsi və idmana sevgi qazanmaqdır.

AZƏRTAC-ın əməkdaşı yarış məkanına gedərək azyaşlı gimnastların hazırlıq prosesini, onların yarış zamanı həyəcanını, zalda hökm sürən ab-havanı və məşqçi ilə idmançılar arasında münasibəti müşahidə edib.

Zalda hər şey ahəng içindədir. Bir tərəfdə isinmə hərəkətləri edən uşaqlar, o biri yanda onları diqqətlə izləyən məşqçilər, arxa planda isə səhnəyə çıxmazdan əvvəl hiss olunan yüngül gərginlik.

Bu gərginlik qorxu deyil, səhnəyə çıxmaq həyəcanıdır. Əslində, uşaqlar üçün bu yarış oyuna bənzəyir. Onlar lent və halqalarla, sadəcə, bacarıqlarını deyil, hisslərini də ifadə edirlər.

Valideynlər də bu prosesin ayrılmaz hissəsidir. Tribunada bəziləri uşaqlara həyəcanla baxır, digərləri sakit şəkildə onların çıxışını müşahidə edirlər. Onlar üçün bu, övladlarının öz gücünə inanmağa başladığı an deməkdir.

Məşqçi Lalə Quliyeva deyir ki, böyük arenalarda çıxış etmək azyaşlı uşaqlar üçün çətin olsa da, bütün balaca gimnastlarımız bunun öhdəsindən uğurla gəlirlər: “Məşqlər onlara əyləncə kimi gəlir. Maraqlı tərəfi də odur ki, uşaqlar bunu əyləncə kimi qəbul etdiyi üçün onlarla işləmək daha rahatdır. Məşqi oyun prosesinə çevirmək biz məşqçilərə də zövq verir. Burada çıxış edən ən azyaşlı gimnast 2019-cu il təvəllüdlüdür. Təbii ki, onun üçün belə böyük arenada çıxış etmək çətindir. Bizim üçün ən əsası, idmançıların alətlərlə çıxış etmə bacarığını yoxlamaqdır. Məşqçi hər zaman uşaqlara motivasiya verə bilməlidir. Uşaqlardan bəziləri çox enerjilidir, bəziləri isə sakit. Kimisində özünəinam az olur, kimisi səhnəyə çıxmaq üçün səbirsizlənir. Məşqçi bunların hamısını hiss etməli, hər uşağa uyğun yanaşma tapmalıdır”.

Məşqçi ilə söhbətdən sonra zalda çıxışını tamamlamış balaca gimnastları görürük. Bu kiçik bədənlərdə böyük cəsarət var. Çünki onlar 300-dən çox idmançının arasında fərqlənməyə çalışırlar. Hər birinin baxışında həm həyəcan, həm də inam var.

Onlardan 11 yaşlı Fatimə Tarverdiyeva məşqçiləri və ailəsinin motivasiyası sayəsində gözəl performans göstərə bildiyini deyir: “Bəzən çox yoruluram, amma məşqçilərim deyir ki, çalışsam, hər şeyi bacararam. Onlar mənə inanır, bu da mənə güc verir. Hər dəfə məşqdən sonra özümü bir az daha yaxşı hiss edirəm. Evdə də ailəm mənə çox dəstək olur. Deyirlər ki, əsas olan qalib gəlmək yox, sevdiyin işi ürəklə görməkdir”.

Fatimə gülümsəyərək əlavə edir: “Əvvəllər yarışdan əvvəl çox həyəcanlanırdım, indi isə bilirəm ki, bu, normaldır. Hər dəfə musiqi başlayanda düşünürəm ki, həyəcanı unudub, sadəcə, bacarığımı göstərməliyəm”.

“Ocaq Sport” klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərovanın sözlərinə görə, azyaşlı uşaqlar üçün bu mərhələdə nəticədən çox, prosesin özü önəmlidir: “Bu yaşda uşaqlar daha saf və həssas olurlar. Bu baxımdan onlarla işləmək çox çətindir. Bəzən məşqçinin verdiyi təlimatları tam anlamırlar. Azyaşlı idmançılarla məşqlər oyun formasında qurulur. Bu, həm intizam yaradır, həm də uşaqlar üçün əyləncəli olur. Uşağın qorxusu, həyəcanı normaldır. Əsas odur ki, o, səhnədən qorxmasın. Bizim əsas məqsədimiz uşaqlara idman sevgisini aşılamaqdır. Bu yaşda nəticə çox da önəm kəsb etmir. Əgər onlarda idmana sevgi yaransa, gələcəkdə istənilən yarışda uğur qazana bilərlər. Bir sözlə, uşaq özünü xoşbəxt hiss edirsə, nəticə də olacaq”.

Respublika Olimpiya İdman Liseyinin psixoloqu Fatimə Cəfərli isə hesab edir ki, peşəkar idman güclü xarakter tələb edir və bu xarakterin formalaşması erkən yaşlardan başlayır: “Adətən kiçik yaşlarda uşaqları idmana yönəltmək onların gələcəkdə şəxsiyyət olaraq güclü formalaşmasına səbəb olur. Həm fiziki, həm psixoloji, həm də sosial baxımdan bunun böyük faydasını illərdir görməkdəyik. Çox zaman kiçik yaşlı uşaqların həmyaşıdları ilə oyunlar zamanı məğlubiyyətin və ya qələbənin nə olduğunu düzgün anlamadıqlarını müşahidə edirik. Lakin idmana başlayan hər bir uşaq qələbə və məğlubiyyətlərlə düzgün davranmağı öyrənir. Sözsüz ki, bunları bacaran uşaqlar emosiyalarını da düzgün idarə etməyi bilirlər və səbirli şəkildə hər bir çətinliyin öhdəsindən gəlirlər. İdman, eyni zamanda, uşaqlarda məsuliyyət hissini və məqsədyönlülüyü artırır. Sosial baxımdan isə komanda və qrup şəklində işləməyi, qaydalara əməl etmə bacarığını inkişaf etdirir. Qələbə və məğlubiyyət olan yerdə rəqabət də yaranır, lakin məşqçilər və idman psixoloqları tərəfindən aparılan produktiv söhbətlərin köməyi ilə rəqabət və dostluq arasında balans qurulur. Bu baxımdan uşağın marağını və istəyini nəzərə alaraq, heç bir psixoloji basqı yaratmadan, onları düzgün şəkildə idmana yönəltmək vacibdir. Həddindən artıq məşq fiziki və psixoloji yorğunluq yarada bilər və bu, sözsüz ki, müsbət təsir göstərməz. Çox zaman uşaqlar təhsildən uzaqlaşıb yalnız idmana davam edirlər, lakin bu, doğru deyil. Mütləq şəkildə təhsil və idman arasında balans yaradılmalıdır. Bu haqda valideynlər, məşqçilər və idman psixoloqları uşaqlarla daim danışmalıdırlar”.

İdman psixoloqunun sözlərinə görə, məşqçilər uşağın yaşına və psixoloji səviyyəsinə uyğun ünsiyyət qurmalı, onun həyat tərzinə uyğun davranmalıdırlar: “Ucadan qışqırmaq, cəzalandırmaq və təhqir etmək əvəzinə izah yolu seçilməlidir. Kiçik yaşlarda yeni idmana başlayan uşaqlarda utancaqlıq, qorxu və həyəcan hissi daha dərin olur. Buna görə də məşqçilər uşağın qorxularını, utancaqlığını və həyəcanını başa düşməlidirlər. Onlara zəhmətin və inkişafın hansı uğurlara gətirib çıxara biləcəyini izah etməlidirlər. Elə uşaqlar var ki, pozitiv motivasiyadan ruhlanır, elələri də var ki, neqativ motivasiyadan uğur qazanır. Bunu yalnız məşqçilər və onlarla daim çalışan idman psixoloqları hiss edə bilirlər. Kiçik nailiyyətləri belə fərqləndirib tərifləmək lazımdır. Çünki hər kiçik uğur böyük nailiyyətə aparır. Uşağa “sən bacararsan”, “qələbə sənin əlindədir” hissini aşılamaq ən böyük uğurdur”.

F. Cəfərli qeyd edir ki, kiçik yaşda əsas məqsəd “çempion yetişdirmək” deyil, idmanı sevdirmək olmalıdır: “Mən idman psixoloqu olaraq illərdir müşahidə edirəm ki, yarışlar və məşqlər zamanı uşaqlar tez həyəcanlanır və səhv etməkdən qorxurlar. Bu hallar üzərində hər uşağa uyğun şəkildə korreksiya işi aparıram. Nəfəs, rahatlama və diqqət toplama texnikalarından ibarət çalışmalarımız olur. Bu, həm performansı artırır, həm də idmandan zövq almağa kömək edir, həyəcan və qorxunun azalmasına gətirib çıxarır. Unutmayaq ki, psixoloji mühit xoşdursa, uşaq idmanı sevərək davam etdirir. Mən psixoloq olaraq uşağın idmanla bağlı müsbət emosional təcrübə qazanmasına kömək edirəm. İdman psixoloqu uşağın bədənini deyil, ruhunu və düşüncəsini möhkəmləndirir və sağlam ruhlu idmançı yetişdirir”.

Uşaqlar bu yaşda artıq səhnəyə çıxmaq, məsuliyyət daşımaq, bir işi sonadək yerinə yetirmək kimi bacarıqlar qazanırlar. Məhz bu təcrübə onları gələcəkdə yalnız idmanda deyil, həyatda da möhkəmləndirir. Beləcə, azyaşlı gimnastların zalda keçirdiyi hər məşq, hər sınaq və həyəcan onların böyüməyinə, özlərinə inanmağına şərait yaradır. Medal bəlkə sabah unudular, amma bu yaşda öyrəndikləri təcrübələr illər boyu qalacaq.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib