Kimyaçılar 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü anım tədbirləri ilə qeyd etmişlər
Sumqayıt, 1 aprel (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyinin (İB) kollektivi 1918-1920-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsini Şamaxıda keçirdikləri silsilə tədbirlərlə yad etmişlər.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, anım tədbiri çərçivəsində kimyaçılar, Sumqayıt ziyalıları Şamaxıya səfər etmiş, Nuru Paşanın rəhbərliyi ilə 95 il əvvəl Azərbaycana qardaş köməyinə gələrək ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş türk zabit və əsgərlərinin Acıdərə ərazisindəki məzarı önünə əklil qoymuş, xatirələrini ehtiramla yad etmişlər.
Sumqayıtlılar daha sonra Şamaxıdakı Heydər Əliyev Mərkəzində olmuş, orada erməni vəhşiliklərini əks etdirən materiallarla tanış olmuş, sənədli filmə baxmışlar.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə apardıqları uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılmış, saxtakarlıqları, işğalçılıq siyasəti dünya ictimaiyyətinə daha geniş tanıdılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]
Erməni təcavüzünün tarixə yazılmış qanlı səhifəsi - MƏQALƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]