KİMYAÇILAR SUMQAYIT-QUBA MAGİSTRALI BOYUNCA YAŞILLAŞDIRMA TƏDBİRLƏRİNƏ BAŞLAYIRLAR
Bakı, 16 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) çoxminli kollektivi “Ekologiya ili” çərçivəsində keçirilən yaşıllaşdırma aksiyalarında xüsusi fəallıq nümayiş etdirir.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, ARDNŞ-in tabeçiliyinə verilmiş “Azərikimya”nın əməkçiləri aprelin 17-də Sumqayıt şəhərinin “sənaye zonası” adlanan böyük bir ərazisində genişmiqyaslı yaşıllaşdırma və abadlıq işlərinə başlayacaqlar. Bu məqsədlə onlar Sumqayıt-Quba magistralı boyunca 4 mindən artıq ağac əkəcəklər. Kimyaçılar ekoloji mühitin sağlamlaşdırılması üçün hər ay ən azı 2 dəfə yaşıllaşdırma tədbiri keçirməklə ilin sonunadək sənaye zonasında 30 mindən çox ağac əkməyi qarşıya məqsəd qoymuşlar.
Aprelin 17-də keçiriləcək aksiyada ARDNŞ rəhbərliyinin, Sumqayıtdakı müəssisə başçılarının və mindən artıq kimyaçının iştirak edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]