Kişi basketbolçular arasında Avropa çempionatının vaxtı dəyişdirilib
Bakı, 10 aprel, AZƏRTAC
2021-ci ildə keçirilməsi nəzərdə tutulan kişi basketbolçular arasında Avropa çempionatı 2022-ci ilədək təxirə salınıb.
AZƏRTAC Beynəlxalq Basketbol Federasiyasına istinadla xəbər verir ki, bu qərar 2021-ci ildə təşkil olunacaq “Tokio-2020” Yay Olimpiya Oyunlarına görə verilib.
Qitə birinciliyi 2022-ci il sentyabrın 1-dən 18-dək təşkil olunacaq. Həmin vaxtda, həmçinin Amerika kuboku yarışları da baş tutacaq.
Kişi basketbolçular arasında Olimpiya təsnifat yarışları gələn il iyunun 22-dən iyulun 4-dək, dünya çempionatının seçmə mərhələsi isə 2022-ci ilin avqustunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]