Kişi və qadın voleybolçuların Yüksək Liqasında növbəti turun cədvəli məlum olub
Bakı, 19 fevral, AZƏRTAC
Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı məlum olub.
AZƏRTAC xəbər verir ki, fevralın 20-də qadın voleybolçuların çempionatında XIV tura start veriləcək. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Murov Az Terminal” bu mövsüm qələbəyə həsrət qalan UNEC-lə qarşılaşacaq. UNEC-in idman zalında reallaşacaq görüş saat 18:00-da başlayacaq.
Eyni gündə və saatda “Abşeron” Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Gəncə”ni qəbul edəcək.
Tura fevralın 21-də “Milli Aviasiya Akademiyası” - “Azərreyl” matçı ilə yekun vurulacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da səslənəcək.
Kişi voleybolçuların Yüksək Liqasında isə fevralın 21-də “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Bir gün sonra eyni saatda “Azərreyl” MOİK-i “Murov Az Terminal”ın idman zalında sınağa çəkəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]